“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq
Bakı, 28 sentyabr, AZƏRTAC
Qadın voleybolçulardan ibarət “Turan” klubu Çempionlar Liqasında keçirəcəyi ilk ev oyununda azarkeşlər üçün xüsusi təşəbbüs həyata keçirəcək.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın “Mladost-Zaqreb” klubu ilə baş tutacaq görüşün biletləri azarkeşlərə pulsuz təqdim ediləcək.
Voleybol həvəskarları oktyabrın 10-dan etibarən biletləri Tovuz Olimpiya İdman Kompleksindən ödənişsiz əldə edə biləcəklər. Qarşılaşma üçün ümumilikdə 1500 bilet hazırlanır.
Tovuzda keçiriləcək idman bayramına marağın böyük olacağını nəzərə alan klub rəhbərliyi arenaya sığmayan azarkeşlərin də oyunu canlı izləməsi üçün kompleksin həyətində böyük monitor quraşdıracaq.
Bundan əlavə, görüşdən əvvəl azarkeşlər üçün geniş konsert proqramı təşkil olunacaq. Tədbirlə bağlı əlavə məlumatların yaxın günlərdə ictimaiyyətə açıqlanacağı bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]