Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

Bakı, 28 sentyabr, AZƏRTAC

Nərimanov rayonunda Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəmidə Əliyeva ömrünün 40 ildən çoxunu müəllimliyə, minlərlə şagirdin Vətənə və xalqa layiqli övlad kimi yetişməsinə həsr edib. Uzun illər şagirdlərinə Ana Vətəni sevməyi, tarixini bilməyi, xalqına və torpağına bağlı olmağı aşılayan Şəmidə müəllimin həyatının ən böyük hekayəsi isə öz oğlu - Dövlət Sərhəd Xidmətinin mayoru, uçuş rəhbəri Emil Əliyevin həyat və xidmət yolu olub. Emil Əliyev 1986-cı il fevralın 25-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1992-ci ildə Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb, 1996-cı ildən Bakı şəhərində Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. 2003-cü ildə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Gömrükxana işi ixtisası üzrə təhsil alıb.

Şəmidə Əliyeva AZƏRTAC-a açıqlamasında oğlu Emilin həyat yolundan danışarkən deyib ki, onun yetişməsində ailədə gördüyü tərbiyənin, xüsusilə də Vətənə bağlılığın mühüm rolu olub. Şəhid anasının sözlərinə görə, ailədə üç övladdan ortancılı Emil olub. Onun üçün ailənin dəyərləri, doğma torpağa bağlılıq və Azərbaycan tarixini bilmək həmişə xüsusi əhəmiyyət daşıyıb.

“Ömrümün 40 ildən çoxunu müəllimliyə həsr etmişəm. Naxçıvanda və Bakıda pedaqoji fəaliyyət göstərmişəm. Minlərlə şagirdim olub. Onlara yalnız Azərbaycan dili və ədəbiyyatını deyil, Vətən sevgisini, xalqımıza, tariximizə bağlılığı da öyrətməyə çalışmışam. Həmişə istəyirdim ki, şagirdlərim Vətəninə layiqli övlad olsunlar. Amma həyatımın ən böyük əsəri, ən böyük fəxrim öz oğlum Emil oldu. Mən müəllim kimi neçə-neçə şagird yetişdirmişəmsə, ana kimi də Emilə Vətən sevgisini, insanlıq və məsuliyyət hissini aşılamağa çalışmışam. O da böyüdükcə öz yolu ilə getdi, hərb sahəsini seçdi. Emil 2004-cü ildə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində matros kimi xidmətə başladı. Bir il sonra yüksək nəticə göstərərək Heydər Əliyev adına Akademiyaya qəbul oldu. Akademiyanı bitirdikdən sonra sərhəd dəstəsində zabit kimi xidmət etdi. Daha sonra aviasiya sahəsinə keçdi. Milli Aviasiya Akademiyasında mühəndis-pilot ixtisası üzrə hazırlıq kursunu bitirdi və pilot kimi fəaliyyət göstərdi. Xüsusi tapşırıqları yerinə yetirdi, qarşısına qoyulan vəzifələrin öhdəsindən həmişə layiqincə gəlməyə çalışdı. 2014-cü ildən uçuş rəhbəri kimi xidmət etməyə başladı. Rəhbərlik onun bilik və bacarıqlarını, nizam-intizamını və peşəkarlığını nəzərə alaraq ona böyük etimad göstərmişdi. Emil də bu etimadı doğrultdu. Xidmət etdiyi bütün illərdə öz vəzifəsinə şərəf və ləyaqətlə yanaşdı. 44 günlük Vətən müharibəsində də iştirak etdi. Müharibə zamanı uçuş rəhbəri kimi üzərinə düşən vəzifələri yerinə yetirdi. Şəxsi igidliyi və şücaətinə görə “Hərbi xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edildi. Xidməti dövründə müxtəlif medallara layiq görüldü. Amma 2021-ci il noyabrın 30-u mənim üçün həyatımın ən ağır günü oldu. Səngəçaldan qalxan helikopterin Xızı rayonunda yerləşən Qaraheybət aviasiya poliqonuna enişi zamanı qəzaya uğradığını və içərisində oğlumun da olduğunu eşitdim. O gün 13 nəfər ekipaj üzvü ilə birlikdə oğlum Emil də şəhid oldu. Bir ana üçün övladını itirmək sözlə ifadə olunmayacaq qədər ağırdır. Amma mən həmişə onunla fəxr etmişəm. Çünki Emil ömrünü Vətənə xidmətə həsr etdi. Mənim üçün o, sadəcə mayor, pilot, uçuş rəhbəri deyildi. O, mənim balam, həyatımın ən böyük əsəri idi. Bu gün də məktəbə gedirəm, şagirdlərimə dərs deyirəm. Bəlkə də məni ayaqda saxlayan elə məktəbdir. İllər boyu uşaqlara Vətən sevgisindən danışmışam. Bu gün həmin sözlərin mənim öz həyatımda nə qədər böyük məna daşıdığını daha yaxşı anlayıram.

Emil şəhidliyindən sonra da müxtəlif təltiflərə layiq görüldü. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunması mənim üçün qürurdur, eyni zamanda, onun xidmətlərinin dövlət tərəfindən qiymətləndirilməsinin göstəricisidir. Bir ana kimi oğlumun yoxluğuna heç vaxt öyrəşə bilmərəm. Amma onunla fəxr edirəm. Emil həyatda ikən də öz xidməti ilə Vətəninə layiqli övlad idi, şəhidliyi ilə də Azərbaycanın əbədi fəxrinə çevrildi”- deyə Şəmidə xanım fikrini yekunlaşdırıb.

Müxbir - Nərmin Muradzadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraq ABŞ qüvvələrinin əsas qərargahını təhvil alıb

Tarixçi alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb