İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib
Qahirə, 28 sentyabr, AZƏRTAC
Niderlandın İordan çayının qərb sahilində yeni salınmış yəhudi yaşayış məskənlərinə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq İsrail hökuməti bu ölkənin Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib.
AZƏRTAC “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar Ramallahda fəaliyyət göstərən niderlandlı diplomatların İsrail tərəfindən verilmiş diplomatik sənədləri yeddi gün ərzində geri qaytarmalı olduqlarını bildirib. Bu müddətin başa çatması ilə onların diplomatik imtiyaz və toxunulmazlıqları da qüvvədən düşəcək.
Niderland Xarici İşlər Nazirliyi məsələ ilə bağlı şərh verməyib. Medianın məlumatına görə, Niderlandın yəhudi yaşayış məskənlərində istehsal olunan malların idxalına tətbiq etdiyi sanksiyalar ötən həftə qüvvəyə minib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:52]
Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur
- 28.09.2026 [13:06]
Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb
- 28.09.2026 [13:00]
Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb
- 28.09.2026 [12:51]
Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO
- 28.09.2026 [12:48]
Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib
- 28.09.2026 [12:22]
Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib
- 28.09.2026 [12:13]
Türkiyə ildə 50 ton qızıl hasil edə bilər
- 28.09.2026 [12:03]