BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı
Bakı, 28 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün oktyabrın 2-də “4Sİ Akademiyası – Milli Proqram” haqqında infosessiya keçiriləcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, “Milli Proqram” İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) “Coursera” şirkəti ilə əməkdaşlığı əsasında həyata keçirilir.
Proqram çərçivəsində tələbələrə “Coursera” platformasında 6 həftə müddətində ödənişsiz lisenziya təqdim olunur. Bu müddət ərzində onlar dünyanın aparıcı universitetləri və şirkətləri tərəfindən hazırlanmış müxtəlif istiqamətlər üzrə kurslardan yararlana və uğurla tamamladıqları kurslar üzrə beynəlxalq sertifikatlar əldə edə biləcəklər.
Görüş zamanı “Milli Proqram”ın imkanları, “Coursera” platformasında təqdim olunan kurslar və proqrama qoşulma qaydaları barədə tələbələrə ətraflı məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:29]
Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb
- 28.09.2026 [12:04]
DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək
- 28.09.2026 [11:53]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi
- 28.09.2026 [11:40]
BDU-nun magistrantları Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər
- 28.09.2026 [11:27]
ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf
- 28.09.2026 [11:13]