Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Bakı, 28 sentyabr, AZƏRTAC

Qlobal iqtisadiyyatda texnoloji transformasiyanın sürətlənməsi, süni intellektin tətbiq dairəsinin genişlənməsi və yeni biznes modellərinin meydana çıxması insan kapitalının iqtisadi inkişafda rolunu daha da artırır. Bu şəraitdə ölkələrin rəqabət üstünlüyü yalnız maliyyə və təbii resurslarla deyil, eyni zamanda, əmək qüvvəsinin bilik və bacarıqları, innovasiya potensialı və yeni texnologiyalara uyğunlaşma qabiliyyəti ilə müəyyən olunur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı AZƏRTAC-a açıqlamasında bildirib ki, Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da Azərbaycanın iqtisadi diversifikasiya, texnoloji transformasiya və yüksək əlavə dəyər yaradan sahələrə investisiyaların genişləndirilməsi istiqamətində hədəflərini beynəlxalq investorlarla müzakirə etmək üçün mühüm platforma rolunu oynayır.

“Prezident İlham Əliyev forum iştirakçılarına müraciətində qeyd edib ki, 2020-ci ildən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil edib, qeyri-neft sənayesi 1,5 dəfə, qeyri-neft ixracı isə təxminən iki dəfə artıb. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatıb. Dövlət başçısının vurğuladığı kimi, I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 10 milyard dollardan çox investisiya sazişinin imzalanması, bunun 7 milyard dollardan çoxunun qeyri-neft sektorunun payına düşməsi Azərbaycana artan investor marağını göstərib. II Forumda iştirakçı coğrafiyasının və beynəlxalq təmsilçiliyin genişlənməsi isə bu marağın davam etdiyini göstərir. Prezidentin müraciətində xarici investisiyaların qeyri-neft sektorunun inkişafına və Azərbaycanın qlobal dəyər zəncirlərinə inteqrasiyasına töhfəsi vurğulanıb, qabaqcıl texnologiyalar gətirən, məhsuldarlığı artıran və ixtisaslı iş yerləri yaradan layihələrə xüsusi önəm verildiyi qeyd olunub. Bu yanaşma iqtisadi diversifikasiyanın investisiya və texnologiyaların cəlbi ilə yanaşı, onları mənimsəyə, tətbiq edə və iqtisadi dəyərə çevirə bilən insan kapitalının inkişafının da paralel aparılmasının əhəmiyyətini ön plana çıxarır. Məhz bu baxımdan forumun proqramında yer alan “İnsan kapitalına və gələcək bacarıqlara investisiya” mövzusu xüsusi maraq doğurur”,- deyə o bildirib.

Lətif Zeynallı qeyd edib ki, iqtisadiyyatın yüksək əlavə dəyər yaradan və texnologiyayönümlü sahələr hesabına şaxələndirilməsi insan kapitalına olan tələbləri də dəyişir: “Müasir iqtisadiyyatda insan kapitalına investisiya artıq yalnız formal təhsil və peşə hazırlığı ilə məhdudlaşmır. Rəqəmsal bacarıqlar, innovativ düşüncə, liderlik, adaptasiya qabiliyyəti və ömürboyu öyrənmə yeni iqtisadi şəraitdə insan kapitalının əsas komponentləri sırasında yer alır. İnvestisiya, texnologiya və insan kapitalı arasında əlaqənin gücləndirilməsi iqtisadi diversifikasiyanın dayanıqlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Qabaqcıl texnologiyaların tətbiqinin genişlənməsi yeni bacarıqlara malik işçi qüvvəsinə tələbi artırır, əmək bazarının bu tələbə uyğunlaşması isə məhsuldarlığın və yüksək əlavə dəyər yaradan fəaliyyətlərin genişlənməsini dəstəkləyir. Bu baxımdan insan kapitalının inkişafı investisiya siyasəti ilə iqtisadi diversifikasiya arasında mühüm əlaqələndirici amillərdən biri kimi çıxış edir. Məhz bu kontekstdə Azərbaycanda insan kapitalının inkişafı strateji siyasətin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “Müasir innovasiyalar məkanı və rəqabətli insan kapitalı” beş milli prioritetdən biri kimi təsbit olunub. Sənəddə XXI əsrin tələblərinə uyğun təhsil, rəqəmsal kompetensiyaların inkişaf etdirilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və ömürboyu öyrənmə insan kapitalının inkişafının mühüm elementləri kimi nəzərdə tutulur.

Növbəti mərhələdə əsas məsələlərdən biri təhsil sistemi ilə əmək bazarı arasında əlaqənin daha çevik qurulmasıdır. Texnoloji dəyişikliklər fonunda təhsil və peşə hazırlığı proqramlarının əmək bazarının tələblərinə uyğun yenilənməsi, eləcə də davamlı bacarıq inkişafının təşviqi iqtisadiyyatın struktur transformasiyasını dəstəkləyə bilər. Bu istiqamət 2026-2030-cu illər üzrə Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planında da əksini tapır. Sənəddə işçi qüvvəsinin bacarıqlarının inkişafı, “yaşıl iqtisadiyyat”a uyğun peşə hazırlığı və dual təhsilin genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, data analitikası, proqramlaşdırma, kibertəhlükəsizlik və bərpaolunan enerji texnologiyaları üzrə təlimlərin təşkili gələcək bacarıqların formalaşdırılması istiqamətində praktiki addımları əks etdirir. Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, 2026-cı ilin ötən dövründə 10 min 851 nəfər peşə hazırlığına cəlb edilib, ilin sonunadək isə əlavə 6650 nəfərin bu proqramlara qoşulması planlaşdırılır. Digər tərəfdən, insan kapitalının inkişafında dövlət-universitet-biznes əməkdaşlığının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Universitetlərdə formalaşdırılan bilik və bacarıqların biznes sektorunun real ehtiyacları ilə uzlaşdırılması, şirkətlərin təhsil və peşə hazırlığı prosesində daha fəal iştirakı, təcrübə və iş əsaslı öyrənmə imkanlarının genişləndirilməsi əmək bazarında bacarıq uyğunsuzluğunun azaldılmasına və məzunların məşğulluq imkanlarının artırılmasına töhfə verə bilər”.

İİTKM-in şöbə müdiri vurğulayıb ki, uzunmüddətli perspektivdə ölkələrin əsas rəqabət üstünlüklərindən biri dəyişən texnologiyalara uyğunlaşa, yeni bilik yarada və həmin biliyi iqtisadi dəyərə çevirə bilən insan kapitalıdır.

“Buna görə də insan kapitalına investisiya yalnız sosial inkişaf məsələsi deyil, eyni zamanda, məhsuldarlığın, innovasiyanın və iqtisadi diversifikasiyanın mühüm şərtlərindən biridir.

Beləliklə, rəqəmsal transformasiya və yaşıl keçid fonunda insan kapitalına və gələcək bacarıqlara investisiyaların genişləndirilməsi Azərbaycanın uzunmüddətli rəqabətqabiliyyətliliyinin gücləndirilməsinə, yüksək əlavə dəyər yaradan fəaliyyətlərin və ixtisaslı məşğulluğun genişlənməsinə töhfə verə bilər”,- deyə o bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO