BDU-nun magistrantları Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər
Bakı, 28 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin magistrantları Ayla Axundova və Nərgiz İmamverdiyeva 27 Sentyabr – Anım Günü ilə əlaqədar Kəpəz zirvəsinə təşkil olunan yürüşdə iştirak ediblər.
BDU-dan AZƏRTAC-a bildirilib ki, yürüş zamanı iştirakçılar 3066 metr hündürlükdə yerləşən və çətin relyefi olan Kəpəz zirvəsinə qalxıblar.
Yürüş iştirakçıları orada Dövlət Bayrağını ucaldıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad ediblər.