“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Zəngilan rayonunda Oxçuçayın üzərində inşa edilmiş “Cahangirbəyli” Kiçik Su Elektrik Stansiyası (KSES) fəaliyyətə başladığı dövrdən bu ilin sentyabr ayınadək 45,6 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Ümumi gücü 10,5 meqavat olan “Cahangirbəyli” KSES hər biri 5,25 meqavat gücündə 2 ədəd hidroaqreqatdan ibarətdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Qeyd edək ki, “Cahangirbəyli” KSES 2023-cü ilin sentyabrın 28-də istismara verilib. İşğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələrinin yaradılması yaşıl enerjinin inkişafına, istixana effekti yaradan qazların emissiyasının azaltmasına, ətraf mühitin qorunmasına və təmiz şəhər mühitinin formalaşmasına mühüm töhfə verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:12]
® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır
- 28.09.2026 [13:09]