AQTA-nın sədri sahibkarları dinləyəcək
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli oktyabrın 1-i saat 14:00-da agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı agentlik sədri ilə görüşə bilərlər.
Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla sentyabrın 30-u saat 17:00-dək qəbula yazıla bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:14]
Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır
- 28.09.2026 [13:54]
SOMDA-nın rəhbərliyi və şəxsi heyəti Zəfər parkını ziyarət edib
- 28.09.2026 [13:24]
Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
- 28.09.2026 [13:14]
Vətən müharibəsi şəhidləri Tallində yad edilib
- 28.09.2026 [13:04]
Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib
- 28.09.2026 [12:30]
Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik
- 28.09.2026 [12:20]