SOMDA-nın rəhbərliyi və şəxsi heyəti Zəfər parkını ziyarət edib
Bakı, 28 sentyabr, AZƏRTAC
27 Sentyabr – Anım Günü ilə əlaqədar Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) rəhbərliyi və şəxsi heyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.
Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, Agentliyin rəhbərliyi, struktur bölmələrin rəisləri və digər hərbi qulluqçular Zəfər parkını ziyarət edərək Zəfər abidəsinin önünə gül dəstələri qoyub, Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiramlarını ifadə ediblər.