“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib
Ankara, 28 sentyabr, AZƏRTAC
“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib.
AZƏRTAC xəbər verir ki, “HÜRKUŞ-II” Türkiyə Silahlı Qüvvələrində istifadə olunacaq ilk yerli istehsal olan pilotlu təyyarədir.
Təhvil mərasimi TUSAŞ-ın Ankaradakı müəssisələrində baş tutub.
Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Departamenti bildirib ki, TUSAŞ ilə razılaşdırılmış layihə çərçivəsində ümumilikdə 55 ədəd “HÜRKUŞ-II” təyyarəsi istehsal olunacaq.
Bu il Türkiyə Hərbi Hava Qüvvələrinə əlavə on təyyarə təhvil veriləcək, qalan 43 təyyarənin isə 2028-ci ilin sonuna qədər tədarük olunması planlaşdırılır.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:25]
Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır
- 28.09.2026 [13:52]
Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur
- 28.09.2026 [13:06]
Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb
- 28.09.2026 [13:00]
Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb
- 28.09.2026 [12:51]
Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO
- 28.09.2026 [12:48]