Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də gənclər və idman naziri Fərid Qayıbov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Görüş zamanı gənclər sahəsində əməkdaşlığın inkişaf perspektivləri, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.