Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir
Bakı, 28 sentyabr, AZƏRTAC
Palçıq vulkanlarını ilk dəfə öz gözlərimlə gördüm və çox bəyəndim. Bir çox çinli bloqçunun videolarında Azərbaycanla bağlı görüntülərə baxmışam. Onlar Azərbaycan haqqında müxtəlif videolar paylaşırlar. Lakin vulkanı canlı görmək tamam fərqli və həyəcanvericidir.
Bunu AZƏRTAC-a açıqlamasında çinli turist Ziyong Chen deyib.
Turist ətrafdakı ağacları, səhra mənzərəsinin çox maraqlı olduğunu qeyd edib.
“Bu, Azərbaycana, palçıq vulkanlarına, Qobustana ilk səfərimdir. Burada çox xoş qarşılandım. Çin vətəndaşlarının Azərbaycana vizasız səfər edə bilməsi rahatdır. İnanıram ki, gələcəkdə Çindən Azərbaycana çoxlu sayda turist səfər edəcək”, - deyə Ziyong Chen əlavə edib.
Fotoqraf – Tofiq Babayev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]