Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır
London, 28 sentyabr, AZƏRTAC
Böyük Britaniyada nüvə sualtı qayıqlarının yerləşdiyi hərbi-dəniz bazasında tikiləcək yeni doklarla bağlı tenderdə xarici şirkətlərin iştirakına icazə verilməyəcək.
AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, Şotlandiyadakı “HM Naval Base Clyde” hərbi-dəniz bazasında Kral Donanmasının sualtı qayıq donanmasına xidmət göstərmək üçün üç yeni üzən dok inşa ediləcək. Layihə milli təhlükəsizlik baxımından əhəmiyyətli hesab edildiyindən tender yalnız Böyük Britaniya şirkətləri üçün açıq olacaq. Yeni obyektlər Böyük Britaniyanın hazırkı və gələcək nüvə sualtı qayıqlarının texniki xidmətini təmin edəcək, burada yoxlamalar, təmir və modernləşdirmə işləri aparılacaq.
“The Telegraph” qəzetinin ötən həftə yaydığı məlumata görə, son beş ildə Böyük Britaniyanın 30 milyard funt sterlinqdən çox müdafiə müqaviləsi xarici təchizatçılara verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:38]
Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib
- 28.09.2026 [14:25]
Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır
- 28.09.2026 [14:02]
“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib
- 28.09.2026 [13:52]
Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur
- 28.09.2026 [13:06]
Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb
- 28.09.2026 [13:00]
Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb
- 28.09.2026 [12:51]