Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb
Bakı, 28 sentyabr, AZƏRTAC
1983-cü ildə Azərbaycan ərazisində mövcud olmuş erməni dini institutlarının, kilsələrinin və yeparxiyalarının bütün arxivləri Azərbaycan arxivlərindən götürülərək Ermənistan SSR-ə təhvil verilib. Bu barədə hələ sovet dövründə Azərbaycan arxivlərinin baş kitabında rəsmi qeyd aparılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova “Qafqaz Albaniyası: tarixi və mədəni varislik” mövzusunda keçirilən elmi müzakirədə söyləyib.
O bildirib ki, kilsələrin və dini idarələrin arxivlərinin məqsədli şəkildə Ermənistana verilməsi həmin sənədlərdə Azərbaycanla bağlı tarixi həqiqətlərin gizlədilməsi və ya saxtalaşdırılması üçün imkan yaradırdı. Sonradan Qarabağda baş verən siyasi prosesləri nəzərə alsaq, bunu həmin proseslər ərəfəsində görülən hazırlıq işlərindən biri kimi qiymətləndirmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]