Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb
Bakı, 28 sentyabr, AZƏRTAC
XIX əsrdən, xüsusilə ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixinin saxtalaşdırılması və onun erməni tarixinə calanması istiqamətində proseslər gedib. 1836-cı ildə Alban Apostol Kilsəsinin ləğvindən sonra bu proses daha da dərinləşib.
AZƏRTAC xəbər verir ki, bu sözləri tarixçi-alim, professor Məhəbbət Paşayeva “Qafqaz Albaniyası: tarixi və mədəni varislik” mövzusunda keçirilən elmi müzakirədə söyləyib.
O bildirib ki, kilsənin varidatı, əlyazmaları və digər tarixi materiallarının bir hissəsi, o cümlədən Gəncəsər monastırındakı qiymətli irsin böyük qismi Eçmiədzinə aparılıb. XIX əsrin əvvəllərinə aid qeydlərdə bu varidatın bir hissəsinin yolda oğurlandığı da göstərilir. Tarixi irsin mənimsənilməsi və saxtalaşdırılması prosesi XIX və XX əsrlər boyu, o cümlədən sovet dövründə də davam edib. Azərbaycan alimlərinin həmin abidələrə çıxışının məhdud olması isə bu məsələlərin yerində araşdırılmasına imkan verməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]