Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir
Astana, 28 sentyabr, AZƏRTAC
Qazaxıstan və Avstriya dəmir yolu və Xəzər dənizi vasitəsilə yükdaşımaların həcminin artırılmasında maraqlıdır.
AZƏRTAC Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinə istinadla xəbər verir ki, tərəflər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının genişləndirilməsi, logistika infrastrukturunun inkişaf etdirilməsi və daşımaların səmərəliliyinin artırılması istiqamətində birgə işləmək niyyətindədirlər.
Bu məsələlər Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aydar Abildabekov ilə Qazaxıstan-Avstriya Parlamentlərarası dostluq qrupunun sədri Markus Hoferin rəhbərlik etdiyi Avstriya nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə olunub.
Qazaxıstan, həmçinin Avstriyaya 637,5 milyon dollar dəyərində emal olunmuş məhsul ixracını artırmaq imkanlarını nəzərdən keçirir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [23:03]
Aralıq dənizində 5,1 bal gücündə zəlzələ qeydə alınıb
- 02.11.2026 [21:17]
Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir
- 02.11.2026 [19:07]