“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
Bakı, 28 sentyabr, AZƏRTAC
“Sumqayıt” basketbol klubu heyətinə amerikalı oyunçu cəlb edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi 27 yaşlı hücumçu Malek Qrinlə mövsümün sonuna qədər anlaşıb.
O, son olaraq ABŞ-nin “Yanqstoun Steyt” kollektivində çıxış edib. Basketbolçu bu komandada keçirdiyi son mövsümündə orta hesabla 10,1 xal və 5,7 ribaundla yadda qalıb.
Malek Qrin Lüksemburq, Vyetnam, Xorvatiya, İngiltərə və Almaniya çempionatlarında da oynayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]