Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir
Qahirə, 28 sentyabr, AZƏRTAC
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas qurumun Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Dəniz Müdafiəsi Koalisiyasına müşahidəçi statusunda qoşula biləcəyini qeyd edib.
AZƏRTAC “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, Kaya Kallas Bab əl-Məndəb boğazı ilə bağlı son vəziyyətə dair açıqlamasında Qırmızı dənizdə ticarət gəmilərini müşayiət edən “Aspides” missiyasına əlavə hərbi-dəniz qüvvələri ilə dəstək göstərilməsinə çağırıb.
Kaya Kallas bildirib ki, müdafiə tələb edən gəmilərin sayı durmadan artır. O qeyd edib ki, “Aspides” missiyasına dəstək göstərilməsinə ehtiyac heç vaxt olmadığı qədər böyükdür.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]
Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb
- 28.09.2026 [17:24]
Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb
- 28.09.2026 [17:09]