La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
London, 28 sentyabr, AZƏRTAC
Fransadan Böyük Britaniyaya La-Manş boğazı vasitəsilə keçməyə çalışan 10 yaşlı uşaq və 2 qadın həyatını itirib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, kömək çağırışından sonra rezin qayıqda olan 105 nəfər xilas edilib. Sağ qalanlara tibbi yardım göstərmək üçün helikopterlə xilasetmə gəmisinə həkim briqadası çatdırılıb, lakin uşaq və 2 qadının həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala əsasən, ölümə boğulma deyil, insanların sıxlıq nəticəsində əzilməsi səbəb olub.
Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən indiyədək 18 min 609 nəfər La-Manş boğazını keçərək ölkəyə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 42, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 26 faiz azdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]
Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb
- 28.09.2026 [17:24]