Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

Bakı, 28 sentyabr, AZƏRTAC

Dağ-mədən sektorunun qarşısında duran məsələlərin həlli və səmərəliliyin artırılması sistemli və uzunmüddətli yanaşma tələb edir. Həmin yanaşmanın bir neçə əsas istiqaməti xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu barədə dağ-mədən mühəndisi, texniki elmlər üzrə fəlsəfə doktoru Azər Şükürovun "Azərbaycanın dağ-mədən sənayesi: Böyük potensialdan strateji iqtisadi gücə doğru" adlı məqaləsində qeyd olunub.

Sistemli və uzunmüddətli yanaşma tələb edən istiqamətlər

Bildirilib ki, həmin istiqamətlərdən birincisi peşəkar kadr potensialının formalaşdırılmasıdır. Belə ki, geologiya, mədən mühəndisliyi, metallurgiya, dağ-mədən avadanlıqları, ekologiya, əməyin təhlükəsizliyi, layihələrin idarəedilməsi və digər əlaqəli sahələr üzrə mütəxəssislərin hazırlanması və proseslərə cəlb edilməsi vacibdir. Ali və orta ixtisas təhsili müəssisələrində müasir dağ-mədən sənayesinin tələblərinə uyğun kadr hazırlığının genişləndirilməsi də mühüm istiqamətlərdən biri olmalıdır. Bu sahədə çalışan şirkətlərin kadr hazırlığına investisiya qoyması daha effektli olar.

Digər istiqamət konseptual araşdırmanın hazırlanmasıdır: “Sektorun mövcud vəziyyətini, mineral-xammal potensialını, yataqların vəziyyətini, investisiya imkanlarını, infrastruktur və ekoloji məsələləri, eləcə də kadr potensialını əhatə edən kompleks konseptual araşdırmanın hazırlanması məqsədəuyğundur”.

Üçüncü istiqamət müfəssəl inkişaf planının ərsəyə gətirilməsidir. Bu istiqamətə əsasən, konseptual araşdırma əsasında konkret tədbirlər planı formalaşdırılmalı, prioritet yataqlar və layihələr müəyyənləşdirilməli, onların iqtisadi səmərəliliyi və investisiya potensialı qiymətləndirilməlidir.

Növbəti istiqamət investisiya mühitinin təkmilləşdirilməsi ilə bağlıdır. ”İnvestorlar üçün ən vacib məsələlərdən biri şəffaf və etibarlı məlumatdır. Buna görə yataqlar haqqında geoloji, texniki, iqtisadi və ekoloji məlumatların sistemləşdirilməsi, müasir standartlara uyğun hesabatların hazırlanması və investorlar üçün əlçatan informasiya bazasının yaradılması mühüm addım ola bilər”, - deyə məqalədə vurğulanıb.

Beşinci istiqamət isə ekoloji və texniki standartların gücləndirilməsini əhatə edir: “Dağ-mədən sənayesinin inkişafı yalnız hasilatın həcmi ilə ölçülməməlidir. Ətraf mühitin qorunması, torpaq və su ehtiyatlarının mühafizəsi, mədən tullantılarının idarəolunması və hasilatdan sonra ərazilərin rekultivasiyası inkişaf strategiyasının ayrılmaz hissəsi olmalıdır”.

Daha bir istiqamət layihələrin idarəedilməsi və peşəkar konsultasiya ilə əlaqədardır. “Dağ-mədən sahəsində kompleks layihələrin hazırlanması və həyata keçirilməsi üçün peşəkar layihə idarəetməsi və konsultasiya mexanizmlərinin formalaşdırılması da mühüm istiqamət kimi nəzərdən keçirilə bilər. Bu məqsədlə geologiya, mədənçilik, iqtisadiyyat, hüquq, ekologiya, investisiya və layihələrin idarəedilməsi üzrə mütəxəssisləri birləşdirən peşəkar komandaların yaradılması mümkündür. Belə komandalar dövlət qurumları, investorlar, yerli şirkətlər və beynəlxalq tərəfdaşlar arasında əlaqələndirici rol oynaya, layihələrin hazırlanmasına və icrasına metodoloji dəstək göstərə bilərlər”, - deyə məqalədə diqqətə çatdırılıb.

Sahibkarlar mineral-xammal ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb olunmasına töhfə verə bilərlər

Məqalədə qeyd edilib ki, dağ-mədən sənayesinin davamlı inkişafında dövlətin rolu ilə yanaşı, özəl sektorun və sahibkarlığın fəallaşdırılması da mühüm əhəmiyyət daşıyır. Bu sahənin inkişafı yalnız dövlətin səyləri ilə məhdudlaşmamalı, prosesdə özəl sektorun, yerli sahibkarların və investorların imkanlarından da geniş istifadə edilməlidir. Çünki müasir mədənçilik böyük maliyyə resursları ilə yanaşı, qabaqcıl texnologiyalar, peşəkar idarəetmə, innovativ yanaşmalar və beynəlxalq təcrübə tələb edən mürəkkəb bir sahədir. Özəl sektorun bu sahəyə cəlb edilməsi ilk növbədə investisiya imkanlarının genişlənməsinə şərait yarada bilər. Sahibkarlar perspektivli yataqların geoloji tədqiqinə, kəşfiyyat işlərinə, hasilat və emal müəssisələrinin yaradılmasına sərmayə qoymaqla mineral-xammal ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb olunmasına töhfə verə bilərlər.

“Özəl şirkətlər texnologiyaların tətbiqi, investisiyaların cəlb edilməsi, xidmət və təchizat zəncirinin formalaşdırılması, yeni istehsal sahələrinin yaradılması və innovativ həllərin tətbiqi baxımından mühüm rol oynaya bilər. Xüsusilə mədən layihələrinin ətrafında yerli şirkətlərin prosesə cəlb edilməsi regionlarda iqtisadi fəallığın genişlənməsinə imkan verə bilər. Nəqliyyat, logistika, avadanlıqların texniki xidməti, tikinti, mühəndislik, laboratoriya xidmətləri, ekoloji monitorinq, rəqəmsal həllər və digər istiqamətlərdə yerli sahibkarlığın inkişafı dağ-mədən sənayesinin iqtisadi təsir dairəsini genişləndirə bilər. Bu baxımdan dövlət proqramında nəzərdə tutulan investisiya imkanlarının özəl sektor üçün aydın və şəffaf şəkildə təqdim olunması, layihələrin iqtisadi əsaslandırılmasının gücləndirilməsi və investorların prosesə cəlb edilməsi mühüm əhəmiyyət daşıyır", - deyə məqalədə bildirilib.

Müxbir - Göyçək Mahmudlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub