Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
Budapeşt, 28 sentyabr, AZƏRTAC
Macarıstan parlamenti ölkənin Baş naziri Peter Macyarın toxunulmazlığının dayandırılması ilə bağlı qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, qərardan sonra Baş nazir barəsində aparılan araşdırma çərçivəsində onun dindirilməsi və hətta saxlanılması mümkün olacaq.
Macyar barəsində 2024-cü ildə baş verdiyi iddia olunan hadisə ilə bağlı oğurluq işi üzrə araşdırma aparılır. Həmin vaxt o, Avropa Parlamentinin deputatı olub. İstintaqın versiyasına görə, Macyar gecə klubunda onu videoya çəkən şəxsin mobil telefonunu əlindən alaraq Dunay çayına atıb. Avropa Parlamenti həmin vaxt Macyarın toxunulmazlığının götürülməsinə razılıq verməyib.
Siyasətçinin Avropa Parlamentindəki səlahiyyət müddəti 2026-cı ildə başa çatdıqdan sonra araşdırma davam edib. Daha sonra Macyarın rəhbərlik etdiyi “Tisza” partiyası apreldə keçirilən parlament seçkilərində qalib gəlib və o, ölkənin Baş naziri olub.
Sentyabrın 22-də Macarıstanın baş prokuroru vəzifəsini icra edən İştvan Laytar Macyarın toxunulmazlığının götürülməsi proseduruna başlayıb. Məqsəd Baş nazirin iş üzrə dindirilməsinə hüquqi imkan yaratmaq olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]
Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb
- 28.09.2026 [17:24]