Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:02-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 23 avqust, AZƏRTAC
Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib.
Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib.
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar.
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər.
Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub.
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər.
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib.
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub.
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub.
Prezident İlham Əliyev Qazaxıstan Prezidentini Qurultaya keçirilən ilk seçkilərin uğurla baş tutması münasibətilə təbrik edib.
Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında geniş işıqlandırılıb.
Hikmət Hacıyev: Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır.
Səidə Davletova: Azərbaycan ilə Özbəkistan arasında münasibətlər rəsmi çərçivələrə sığmır.
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib.
Həftənin ilk gününün hava proqnozu açıqlanıb.
Azərbaycanın MMA döyüşçüləri dünya çempionatında gümüş medal qazanıblar.
BSU-da özbək dilinin tədrisinə maraq artır: yeni tədris ili üçün 45 yer proqnozlaşdırılır.
Qazaxıstanda Qurultaya seçkilərdə səsvermə başa çatıb.