Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 2 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib.
Statistika Komitəsi ilə Qırğızıstanın Milli Statistika Komitəsinin əməkdaşlığına dair Anlaşma Memorandumu təsdiqlənib.
“Səməd Vurğun xatirələrdə”: AZƏRTAC yeni silsilə materiallara başlayır.
TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır.
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir.
ANAMA ilə ARMAC arasında Anlaşma Memorandumu imzalanıb.
BMT-nin nümayəndəsi: Süni intellekt mina əleyhinə fəaliyyət sahəsində inqilab yarada bilər.
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Almaniyanın üç əyaləti parlament seçkilərinə hazırlaşır.
Bakıda 71 məzun qızıl və gümüş nişana layiq görülüb.
Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxslər ifşa edilib.
Lisey və gimnaziyalara qəbulun II mərhələsinin nəticələri açıqlanıb.
Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir.