Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Builki “Bakutel” sərgisində 23 ölkədən 240-dək şirkət iştirak edəcək

Builki “Bakutel” sərgisində 23 ölkədən 240-dək şirkət iştirak edəcək

Bakı, 29 noyabr, AZƏRTAC 

Dekabrın 3-6-da Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçiriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hər il olduğu kimi, bu il də tədbirdə bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulacaq. Sərgi Xəzər bölgəsində innovasiya və yüksək texnologiyalar sahəsində ən böyük hadisə olmaqla yanaşı, həmçinin işgüzar əlaqələrin qurulması üçün unikal məkandır.

Yubiley sərgisində 23 ölkədən 240-dək şirkət iştirak edəcək. ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı IT şirkətlərindən ibarət milli qruplar sərgidə təmsil olunacaq. Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Sərgi həm iş, həm də gündəlik həyat üçün “ağıllı” həllər təklif edir.

“Bakutel” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir. Bu dinamik zonalarda müxtəlif maraqlı tədbirlər keçiriləcək.

Tədbir çərçivəsində “Forbes” jurnalının redaksiya direktoru Nikolay Uskovla qapalı görüş keçiriləcək. Sərginin xüsusi qonağı məhz bu tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olacaq və biznes sahəsində innovasiyalar haqda məlumat verəcək.

Sərgi çərçivəsində 4-5 dekabr tarixlərində “Bakutel Tech Talks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək. Dolğun məzmun, yüksək səviyyəli məruzəçilər və qızğın müzakirələr rəqəmsal texnologiyalar aləminə dalmaq, bununla da sərginin iştirakçı və ziyarətçilərinə gələcəyə nəzər salmaq və sektorun ən vacib təmayüllərini izləmək kimi unikal fürsət verəcək.

“Bakutel 2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 9 qurumunun təqdimatında müxtəlif yenilikləri özündə əks etdirən stendlərdə xidmətlər və layihələr nümayiş olunacaq. “Azərpoçt” MMC, “Aztelekom” MMC, “AzInTelecom” MMC, “Azərmarka” MMC, “Baktelecom”, Dövlət Radiotezliklər İdarəsi, İnnovasiyalar Agentliyi, Məlumat Hesablama Mərkəzi, Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzinə məxsus stendlər bu il də seçiləcək.

“Azərpoçt” MMC-nin stendində yeni “Postman” xidməti təqdim olunacaq. “Android” sistemi ilə çalışan mobil tətbiq poçtalyonların işini asanlaşdırmaq və onların fəaliyyətinə nəzarət etmək məqsədi daşıyır. “Azərpoçt”un digər yeniliyi “Postpay” - elektron pul kisəsidir. “Android” sistemi ilə çalışan qurğuların dəstəklədiyi mobil tətbiq vasitəsilə başqa elektron pul kisələrindəki hesablara, bank kartlarına, beynəlxalq pulköçürmələri sistemləri vasitəsilə istənilən şəxsə pul köçürmək, mobil rabitə ödənişləri, kommunal xidmət haqları, gömrük rüsumlarını təhlükəsiz və rahat şəkildə həyata keçirmək mümkündür. Azərbaycanda ilk dəfə Avropa regionu Sürətli Poçt Rabitəsi Xidmətləri rəhbərlərinin beynəlxalq simpoziumu da məhz “Bakutel 2019” çərçivəsində keçiriləcək.

“Aztelekom” MMC-nin stendində məlumatın yüksək sürətlə ötürülməsini təmin edən müasir və səmərəli ayrılmış xətt xidməti, GPON və LTE texnologiyaları üzərindən göstərilən genişzolaqlı xidmətlər, İPTV (internet protokol televiziyası) və SAF - internetdə olan məzmunun filtrasiya xidməti təqdim olunacaq.

“AzInTelecom” MMC öz stendində “Hökumət buludu” layihəsini, yeni məhsullarını və layihələrini təqdim edəcək. Eyni zamanda, “SaaS ili” (proqram təminatı xidmətləri) çərçivəsində təqdim etdiyi yeni məhsullarla və layihələrlə bağlı təqdimatlar planlaşdırıb. Bundan əlavə, Yevlaxda ehtiyat Data Mərkəzi, “Azcloud Hackathon” yarışması, “Azcloud Kinetic” əməkdaşlıq proqramı haqqında gələcək planlar açıqlanacaq. Sərgi çərçivəsində “AzInTelecom” stendində bulud texnologiyaları üzrə ən son xidmətlərin “Azcloud MeetUp” adlı emalatxanası yaradılacaq. İnteraktiv emalatxana çərçivəsində əsasən məlumatların qorunması və təhlükəsizliyi mövzusunda 2 saat ərzində 5 təqdimat, 3 demo nümayişi və sual-cavab sessiyaları təşkil olunacaq.

“Baktelecom”a məxsus stenddə sərgi ziyarətçilərinə Bakı şəhərini əhatə edən “Evədək optika” layihəsi və paytaxt ətrafı ərazilərdə tətbiq edilən “Simsiz rabitə” şəbəkəsinin növbəti mərhələsi haqqında məlumat veriləcək. “Baktelecom” GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının imkanlarından yararlanaraq “Evədək optika” layihəsi çərçivəsində müştərilərə bir optik xətt üzərindən telefon rabitəsi, internet və rəqəmsal televiziya xidmətlərini təklif edir. Şirkət Bakı və ətraf ərazilərdə əhalinin telefon, internet və digər multimedia xidmətləri ilə təmin edilməsinə imkan yaradan yeni nəsil “Simsiz rabitə” şəbəkəsi olan LTE - (Long Term Evolution) texnologiyasını tətbiq edir. “ViTv” - “Baktelecom” internet şəbəkə üzərindən televiziya siqnalını effektiv ötürməyə imkan verən müasir İPTV texnologiyası ilə müştərilərə rəqəmsal televiziya xidmətini təqdim edir. Mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradan “Virtual ATS” xidməti də sərgi iştirakçılarına təqdim olunacaq.

“Azərmarka” MMC öz stendində “Azərbaycan. Naxçıvan”, “Azərbaycan”, “Mənim Bakım” və “Azərbaycan 100 il. 1918-2018” markalı kitabları, 2019-cu il ərzində tədavülə buraxılan poçt markaları və Birinci gün zərflərini, “Naxçıvan”, “Bakı” və sair mövzularda maqnitlər, poçt açıqcaları, kəlağayılar, bloknotlar, əlfəcinlər, suvenirlər təqdim edəcək.

Dövlət Radiotezliklər İdarəsinin stendində sensor əsaslı radio monitorinq şəbəkəsi, Vahid radiotezlik reyestri, Vahid radioelektron vasitələri reyestri barədə ətraflı məlumat əldə etmək mümkün olacaq.

İnnovasiyalar Agentliyi “Bakutel 2019” sərgisində bir sıra maraqlı stendlərlə ziyarətçiləri sevindirəcək. “Startup Avenue” stendində İnnovasiyalar Agentliyində fəaliyyət göstərən 26 startap layihə təqdim ediləcək. Ziyarətçilərə “FinTech”, “GreenTech”, “DronTech”, “MedTech”, “DefenseTech” istiqamətləri üzrə innovativ layihələr nümayiş olunacaq. Eyni zamanda, İnnovasiyalar Agentliyinin “Hybrid Startups” proqramı çərçivəsində Rusiya, İtaliya, Yaponiya, Ukrayna və İrandan olan xarici rezidentlər də sərginin iştirakçıları arasında olacaq. Ziyarətçilər “Startup Grind Baku” stendi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. “Silikon Vadisi”ndə yaradılan “Startup Grind” hərəkatı - 600-dən çox mərkəzdə 2 milyondan çox sahibkarı maarifləndirən və birləşdirən ən böyük müstəqil startap cəmiyyətidir. “Startup Grind Baku Hub”ın əsas tərəfdaşlarından biri məhz İnnovasiyalar Agentliyidir.

Sərgi iştirakçıları agentliyin nəzdində fəaliyyət göstərən “Barama” Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin startapları haqqında məlumat ala biləcəklər. Bundan əlavə İnnovasiyalar Agentliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçıları əldə etdikləri nailiyyətləri sərgi ziyarətçiləri ilə bölüşəcəklər. Kurslar “Mars Academy”, “Engineering for Kids” və AREA tərəfindən təşkil olunur.

“I2B Village” stendində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “I2B - İdeyadan Biznesə” layihəsinin respublika finalının qalibləri və iştirakçıları öz interaktiv layihələrini nümayiş etdirəcəklər.

Nazirliyin dəstəyi ilə ən müasir robot modelləri və mütərəqqi texnologiyalar Robopark zonasında nümayiş olunacaq. İyirmidən çox interaktiv və əyləncə zonasında, “VR Zone”, “Game Zone” və İnnovasiyalar Agentliyində keçirilən STEM üzrə kurslar yer alacaq və kiçik ziyarətçilər robotiks, proqramlaşdırma və dronlar üzrə biliklər əldə edəcəklər.

Roboparkda ən müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunacaq:

• Fransadan gətirilən dünyanın ən təhsilli, ən əyləncəli və akademik robotu “Pepper humanoid”

• Robot balıqlar

• Robot arm Kuka əsasında hazırlanan, dünyada cəmi 2 nüsxəsi olan Almaniya istehsalı məşhur robot rəssam

• Taktiki hərbi kəşfiyyat robotu Spider

• Müxtəlif sumo, güləş və dron yarışları

• Kosmo zonası

• 6 metrlik uçan astronavt

• Ən nəhayət, hamının sevimlisi İtaliyadan gələn pianoçu robot “TEOTRONICO”

Sərgidə yalnız dekabrın 5- 6-də baş tutacaq 20-dən çox interaktiv zona və robotlara şahid olmaq istəyənlər https://robopark.ticketsetup.com/az linkinə daxil olaraq qeydiyyatdan keçə və pulsuz bilet əldə edə bilərlər. Ekspo Mərkəzinə daxil olmaq üçün biletin çap versiyasını təqdim etmək vacibdir.

Məlumat Hesablama Mərkəzinin (MHM) stendində “Elektron imza (Bulud əsaslı imza, Toplu imza)”, “AzDoc” sənəd dövriyyəsi proqramı, “e-kadr”, “Somar” satış proqramı, “SmartCell” üz tanıma texnologiyası (Face ID), “Azcall” Çağrı mərkəzi, “SmartPay” ödəniş sistemi sahələrində həyata keçirilən yeni layihələr, maraqlı həllər nümayiş olunacaq. Həmçinin sərgi günlərində işgüzar görüşlərin keçiriləcəyi və memorandumun imzalanacağı planlaşdırılır.Bununla yanaşı, stendin ziyarətçiləri maraqlı viktorinanın iştirakçısına çevriləcək və iştirakçılar MHM tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzinin stendində birdivarlı karbon nano borular yeni nəsil su texnologiyasında, birdivarlı karbon nano borularında suyun hərəkəti, LED işıqları üçün spektrin sarı-yaşıl və qırmızı sahəsini əhatə edən nano və mikro ölçülü fosforlar nümayiş olunacaq. Həmçinin sərginin ziyarətçiləri Azərbaycanda “Chip” texnologiyasının tam olaraq yaradılmasına xidmət edən GSM/GPRS xidmətlərindən istifadə edərək “smart”laşmaya gətirib çıxaracaq GaN/KNB/saffir strukturlu LED və nano-bio-sensorların aktiv sahəsi ilə tanış ola biləcəklər. Bu, müasir elmi istiqamət olaraq çox aktualdır. Bu struktur əsasında effektivliyin 12 faiz artımına nail olunub.

Yubiley sərgi çərçivəsində təşkil olunacaq önəmli tədbirlərdən biri də 2-ci Xəzər İnnovasiya Konfransıdır. Dekabrın 4-də keçiriləcək konfrans “Əşyalar interneti: müasir cəmiyyətin təməli” mövzusuna həsr edilib.

Açılışını Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haoulin Zao edəcək tədbirdə Azərbaycan, Belarus, Xorvatiya, İran, Rusiya və Türkiyənin sahəvi nazirlərinin və digər yüksək rütbəli şəxslərin çıxışları planlaşdırılır. Konfransda “Əşyalar interneti” üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu texnologiyaların tətbiqi üçün hüquqi-tənzimləmə məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sahəvi çağırışların, həmçinin innovasiya və yüksək texnologiyalar sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq Xəzər İnnovasiya Konfransının təsis olunması təşəbbüsü ilə çıxış edib.

“Bakutel 2019” sərgisi çərçivəsində keçirilən sosial layihələrdən biri də “Danışan məktub” bədii filminin tiflo və surdo şərhli versiyasının təqdimatı olacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən filmin bu versiyasının hazırlanmasında məqsəd görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün bərabər imkanların yaradılmasına dəstək olmaqdır. Tədbirin sonunda filmin yazıldığı disklər görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslərə paylanacaq.

Qeyd edək ki, tədbirin məhz dekabrın 3-6-da baş tutacaq "Bakutel 2019" çərçivəsində keçirilməsində məqsəd bu ayın onlar üçün bütün dünyada çox böyük əhəmiyyət daşıması ilə bağlıdır. Birləşmiş Millətlər Təşkilatı (BMT) əlil insanların hüquqlarına, yaşadıqları çətinliklərə və problemlərin həlli yollarına diqqət çəkmək məqsədilə 1992-ci ilin oktyabrın 14-də dekabrın 3-ü Beynəlxalq Əlillər Günü kimi qəbul edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu