Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Builki “Caspian Oil and Gas” sərgisində 300-dən çox şirkət iştirak edəcək YENİLƏNİB VİDEO

Bakı, 24 may, AZƏRTAC

Builki “Caspian Oil and Gas” sərgisində 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 24-də XXV yubiley Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas 2018” sərgi-konfransının, eləcə də VIII Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2018” sərgisinin açılışına həsr olunan mətbuat konfransında “Iteca Caspian” şirkətinin prezidenti Fərid Məmmədov deyib.

O bildirib ki, Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri olan “Caspian Oil and Gas” sərgi və konfransı öz 25 illik yubileyini qeyd edir. Sərgi mayın 29-dan iyunun 1-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. “Caspian Oil and Gas” əsas neft-qaz layihələrinin müzakirəsi, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini araya gətirəcək. Belarus, İtaliya və Rusiya sərgidə milli qruplarla təmsil olunacaq. Sərginin tərkibi tədbir iştirakçılarının 20 faizini təşkil edən yeni şirkətlər sayəsində daha da genişlənib. Bu yeni iştirakçıların əksəriyyəti Azərbaycanın neft və qaz bazarına böyük maraq göstərən xarici şirkətlərdir. Həmçinin sərgi iştirakçılarının 30 faizini təşkil edən yerli şirkətlər arasında da debütantlar var: “Caspian Oil and Gas” sərgisinin yubileyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi kimi əhəmiyyətli tarixi hadisələrə təsadüf edir”.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov isə qeyd edib ki, şirkət ənənəvi olaraq sərgi-konfransı dəstəkləyir və burada yüksək səviyyədə təmsil olunur: “Beynəlxalq şirkətə çevrilən SOCAR Azərbaycan xam neftindən əlavə, üçüncü tərəflərin xam neft və neft məhsullarının satışını həyata keçirir. Şirkət xam neft və neft məhsullarının ümumi ticarət həcmini 2 dəfədən çox, üçüncü tərəflərin məhsullarının satış həcmini isə 3 dəfəyə qədər artırıb. SOCAR-ın gəlirlərinin 90 faizdən çoxu xarici biznesi sayəsində formalaşır”.

Məlumat verilib ki, keçirildiyi illər ərzində sərgidə dünyanın 70-dən çox ölkəsini təmsil edən təxminən 7 min 500 şirkət iştirak edib. Sərginin 40 faizini ənənəvi olaraq sərgi və konfransın daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur. Builki sərgi dolğun işgüzar proqramı ilə fərqlənir. Sərginin ikinci iş günündə Bakı Ekspo Mərkəzində bir gün ərzində bir neçə əsas müştəri ilə işgüzar görüşlər keçirmək və danışıqlar aparmaq üçün əlavə fürsət - “B2B” formatlı görüşlər keçiriləcək. Bu görüşlərdə həm xarici, həm də yerli istehsalçılar iştirak edəcəklər. Sərginin işgüzar proqramını neft-qaz sənayesi təmsilçilərinin geniş dairəsi üçün aktual olan seminarlar tamamlayacaq. Belə ki, mayın 30-da Bakı Ekspo Mərkəzində “Neft-qaz layihələrində avtomatlaşdırma mühəndisinin rolu” (“INKOEL” şirkəti), “TOFD metodu - personalın sertifikatlaşdırılmasının əsas prinsip, standart və üstünlükləri” (“UP Belqazpromdiaqnostika” şirkəti) “Avtomatik qaynaq kompleksləri” (“Magnatech” şirkəti) və “Passiv yanğından mühafizə tədbirləri” (“Graco” şirkəti) mövzularında seminarlar keçiriləcək.

Bildirilib ki, sərginin yubileyi münasibətilə neftçi peşəsini seçmiş ən yaxşı tələbələri mükafatlandırılır. Bu il eyni anda iki tələbə “Caspian Oil and Gas” sərgisindən xüsusi mükafat alacaqlar. Onlar Bakı Ali Neft Məktəbinin sənaye hasilatının avtomatlaşdırılması fakültəsinə qəbul zamanı 700 bal toplamış Abdulla Əsgərzadə və Mahirə Əsədzadədir. Sərgidə uzun illər iştirak etmiş bütün şirkətlərə xatirə suvenirləri təqdim olunacaq. Xüsusi olaraq müstəqil Azərbaycanın ilk beynəlxalq ixtisaslaşmış sərgi və konfransının 25 illik yubileyi münasibətilə unikal poçt markaları buraxılıb. Sərgilərə həsr olunmuş markalar Azərbaycanda ilk dəfə nəşr olunur. Marka növlərindən birində sərginin yubiley loqotipi və simvolik neft platformasını təsvir edilib. İkinci marka növü isə Xəzər dənizinin sahilində Bakını təsvir edən rəsm əsərinin reproduksiyasıdır. Təşkilatçılardan daha bir suvenir yubiley münasibətilə xüsusi olaraq hazırlanmış “Caspian Gold” ətri olacaq. Kişi və qadınlar üçün nəzərdə tutulmuş “Caspian Gold” parfüm suyu Azərbaycan ətriyyatçıları tərəfindən hazırlanıb və Şərqin ədviyyəli ətirlər qrupuna daxildir. “Caspian Gold” məhdud sayda hazırlanıb.

Qeyd edilib ki, mayın 30-31-də keçiriləcək “Caspian Oil and Gas” konfransı isə aparıcı enerji və neft-qaz şirkətlərinin rəhbərini, eləcə də sənaye nazirliklərinin nümayəndələri və nüfuzlu sənaye mütəxəssislərini bir araya toplayacaq və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlərin müzakirəsi üçün imkanlar yaradır. “Caspian Oil and Gas” sərgi-konfransı Azərbaycanın Energetika Nazirliyi və SOCAR-ın dəstəyi, “Iteca Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçiriləcək.

Bildirilib ki, “Caspian Power 2018” sərgisi “Caspian Oil and Gas” sərgisi ilə eyni platformada keçiriləcək. Sərginin aktuallığı Azərbaycanda yeni elektrik stansiyaları və hibrid elektrik stansiyalarının fəaliyyətə başlaması, eləcə də külək turbinləri və günəş batareyalarının quraşdırılması ilə şərtləndirilir. “Caspian Power” sərgisi Energetika Nazirliyi və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir. Bu sərginin iştirakçıları arasında Azərbaycan, Belarus, Türkiyə və digər ölkələrin energetika texnologiyaları üzrə aparıcı təchizatçı şirkətləri var. Sərginin ekspozisiyası çərçivəsində su və istilik elektroenergetikası, atom energetikası, eləcə də, nəzarət, ölçmə, idarəetmə və avtomatik nizamlama cihazları, habelə sənaye və kommunal-məişət energetikası, enerjiyə qənaət edən texnologiyalar, radio-tezlik kabelləri, sənaye avtomatlaşdırılması üçün kabellər və sair təqdim olunacaq.

“Caspian Power 2018” sərgisi elektrik enerjisi sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyası ilə bağlı məlumat toplamaq, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradacaq.

Builki “Caspian Oil and Gas” sərgisində 300-dən çox şirkət iştirak edəcək YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib VİDEO

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb