ELM VƏ TƏHSİL
BÜTÜN İNZİBATİ RAYONLARIN COĞRAFİ PROBLEMLƏRİ ARAŞDIRILIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun mütəxəssisləri qlobal iqlim dəyişiklikləri və torpaqdan düzgün istifadə ilə bağlı araşdırma aparmışlar.
İnstitutun əməkdaşları ölkənin 10 iqtisadi rayonu və eləcə də bütün inzibati rayonların coğrafi problemlərini öyrənmiş, bölgələrin iqtisadi imkanlarını qiymətləndirmişlər.
Tədqiqatların nəticələri barədə danışan institutun direktor müavini Ramiz Məmmədov bildirmişdir ki, dünyada gedən qlobal ekoloji proseslər və artan maddi-texniki imkanlar, habelə əhalinin torpaqdan düzgün istifadə etməməsi nəticəsində ərazilərdə müəyyən dəyişikliklər müşahidə edilir.
Ərazisinin 60 faizi quraqlıq olan Azərbaycanda hələlik şəhərsalmanın ümumi arealı artmasa da, dərəcələr üzrə şiddətlənmə müşahidə olunur. Buna görə də institutun əməkdaşları 66 rayon üzrə bütün coğrafi problemlərin araşdırılmasını 2 ildə başa çatdırmaq niyyətindədirlər. Artıq 35 rayon üzrə araşdırmaların nəticələri hazırdır və 15 rayonla bağlı məlumat kitabları çap edilmişdir.