Buxarest gərgin trafikə görə dünyada beşincidir
Buxarest, 23 may, AZƏRTAC
Buxarest gərgin trafiki olan şəhərlər arasında beşinci yeri tutur.
AZƏRTAC xəbər verir ki, siyahıda Buxarestdən öncə Mexiko, Banqkok, Cakarta və Çuntzin şəhərləri gəlir. 800 mindən çox əhalisi olan şəhərlərdə tıxaclarda vaxt sərfiyatına aid olan araşdırmaya əsasən, Buxarestdə hər sürücü ildə 218 saat tıxaclarda vaxt itirir. Rumıniya bu rəqəmlə Avropa şəhərlərinin hamısından öndədir. Roma və Paris kimi meqapolislər Buxarestdən sonra siyahıda 6 və 7-ci yerləri tuturlar. Hesablamalara görə, ümumiyyətlə Buxarest sakinləri ildə 9 gün tıxaclarda vaxt itirirlər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
İordaniyada “Telegram” tətbiqinin fəaliyyəti bloklanıb
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [11:58]
Abbas Əraqçi: İran diplomatiyaya üstünlük verir
- 16.11.2026 [11:49]
Fransadakı aksiyalarda prezident Makronun istefası tələb olunacaq
- 16.11.2026 [11:48]