Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Cahit Bağçı: Biz hər zaman olduğu kimi, 15 iyul hadisələrində də Azərbaycan dövlətinin, xalqının dəstəyini gördük

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının AZƏRTAC-a məxsusi müsahibəsi

Bakı, 15 iyul, Səadət Hakıyeva, AZƏRTAC

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Türkiyə-Azərbaycan dostluq əlaqələri, Şuşa Bəyannaməsi, həmçinin Türkiyədə 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhd ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cənab səfir, Azərbaycanda diplomatik fəaliyyətə başlamağınız münasibətilə sizi təbrik edir, işinizdə uğurlar arzulayırıq. İnanırıq ki, fəaliyyətiniz dövründə ölkələrimiz arasında münasibətlər daha da inkişaf edəcək və möhkəmlənəcək. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı, yaxın olan ölkələr yoxdur.

- Təbrik üçün təşəkkür edirəm. Öncə onu demək istəyirəm ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibə vermək mənim üçün şərəfdir. Bilirəm ki, AZƏRTAC və Türkiyənin “Anadolu” Agentliyi bir-biri ilə sıx əməkdaşlıq edən və bərabər səviyyədə fəaliyyət göstərən media qurumlarıdır.

Türkiyə-Azərbaycan dostluğu barədə çox deyilib, çox yazılıb. Əsas mahiyyət isə ondan ibarətdir ki, ölkələrimiz arasında əlaqələrdən heç bir tərəf mənfəət, qazanc güdmür, bu münasibətlər sırf dostluq əsasında qurulub. İki qardaş ölkənin əlaqələri Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin dediyi kimi, bir çərçivədə sığışır. Bu çərçivə iki ölkənin qardaşlığı üzərində ucalır.

Ölkələrimiz arasında münasibətləri gözəl xarakterizə edən bir ifadə var- iki ananın bir oğlu, bir amalın iki qolu. Şair Bəxtiyar Vahabzadənin dediyi kimi, Azərbaycan və Türkiyə doğrudan da bir ananın iki övladıdır. Biz eyni kökə, dilə, mənsub xalqıq. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Türkiyə-Azərbaycan qardaşlığını, dostluğunu ən gözəl şəkildə ulu öndər Heydər Əliyev ifadə edib. Qısaca desək, kədəri bir, sevinci bir olan iki millətin qardaşlığı, dostluğu strateji zəminə daşınıb. Yenə də təkrar edirəm, bizim dostluğumuzda, qardaşlığımızda xeyir güdülməyib.

Tarixdə bu dostluğun önəmini göstərən çoxlu nümunələr var. 1918-ci ildə Osmanlı dövləti bütün cəbhələrdə savaşmasına, özü də çətin vəziyyətdə olmasına baxmayaraq, tərəddüd etmədən bolşevik və daşnaklara qarşı vuruşmaq üçün Qafqaz İslam Ordusunu Azərbaycana köməyə göndərdi. Bu ordunun əsgərləri Bakı və ətraf qəzalarda türk-müsəlman əhalisinə qarşı soyqırımı aktının qarşısının alınmasında böyük rol oynadılar. Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Gəncəyə çatanda onun 20 minlik ordusu var idi. Bu, bir qardaşın çətin anında digər qardaşın yardımına yetişməsidir. Türkiyə və Azərbaycanın bir-birinə qardaş dəstəyini hələ bu hadisədən əvvəl Çanaqqala döyüşündə də görmüşdük. Hələ Birinci Dünya müharibəsi illərində Osmanlı dövləti ilə çar Rusiyası arasında qarşıdurma başlayanda azərbaycanlılar gizli yollarla keçərək türk qardaşlarının köməyinə gəldilər. Azərbaycan həm əsgər, həm də maddi baxımından öz köməyini göstərdi. Bizim övladlarımız sizin, sizin övladlarınız isə bizim övladlarımız oldu. Bakıda, Gəncədə uyuyan türk əsgərləri həm də Azərbaycanın oğullarıdır.

- Cənab səfir, iyulun 15-i qardaş Türkiyə üçün həm ağrılı, həm də qürurlu gündür. Təsadüfi deyil ki, bu gün Türkiyədə “Demokratiya və Milli Birlik Günü” kimi qeyd olunur. Beş il əvvəl növbəti dövlət çevrilişi cəhdinə məruz qalan Türkiyə çox çətin günlər yaşadı, ciddi sınaqlardan çıxdı, şəhidlər verdi. Azərbaycanda da bizim həyəcanla izlədiyimiz həmin hadisələrlə bağlı nə demək istərdiniz?

- Türkiyədə dəfələrlə hərbi çevriliş cəhdləri olub. İyulun 15-dəki dövlət çevrilişi cəhdi isə digərilərindən fərqlənir. Bütün dövlət qurumlarının, o cümlədən ordunun və polisin içərisinə yerləşdirilən bu qüvvələrin planı dövləti ələ keçirmək idi. Amma Türkiyə dövləti və türk xalqı buna imkan vermədi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir çağırışı ilə insanlar küçələrə, meydanlara axışaraq tankların qarşısına çıxdılar. Bir sözlə, vətəndaşlarımız həyatlarını təhlükəyə ataraq Vətənə sahib çıxdılar. Necə ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azərbaycanlı qardaşlarımız tankların qarşısına əliyalın çıxmışdılar. Bu, millət, Vətən və bayraq sevgisidir. Türk insanı milli birliyə, dövlətçiliyə xələl gəlməsin deyə, canını qurban verdi. Türk xalqı həmin gün öz rəhbərinin, seçilmiş hökumətinin müdafiəsinə qalxaraq zəfər qazandı. Həmin gün Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda mübarizə apardı. Biz bu hadisələrdə də Azərbaycan dövlətinin, xalqının dəstəyini gördük və bunu unutmuruq.

Təsəvvür edin, Türkiyə şərqdən Suriyada, İraqda PKK təhdidi ilə qarşı-qarşıya mübarizə apardığı bir zamanda, həm də içərimizdəki xainlərlə - fetöçularla mübarizə aparmalı oldu. Eyni ilə Osmanlı dövlətinə olan hücum kimi. Çox şükür ki, Türkiyə bu sınaqdan da çıxa bildi. Təəssüf ki, dövlət çevrilişi cəhdinin ağır nəticələri oldu. 15 iyul hadisələri zamanı 250-dən çox insan həlak oldu, hazırda 2193 qazimiz var. Onların bəzilərinin müalicəsi hələ də davam edir. Dövlətimiz şəhidlərin ailələri və qazilər üçün əlindən gələni edir. Başda Ömər Halisdemir, Erol Orçak, İlhan Varank, müxbir Mustafa Canbaz olmaqla bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

Onu da demək istəyirəm ki, FETÖ yalnız Türkiyənin problemi deyil, həm də başqa ölkələrin problemidir. Çünki bu terror təşkilatının üzvləri qaldıqları ölkələr üçün problemlər yaratmaqda davam edəcəklər. Başda Azərbaycan olmaqla, Türk dünyası lazımi tədbirlər görərək, FETÖ bəlasından xilas olmağı bacardı. Qardaş ölkələrin acı və problem yaşamaması üçün bunu bilmələri vacibdir.

Dövlətimiz 15 iyul hadisəsindən ibrət götürərək Türkiyəni daha da gücləndirmək, söz sahibi etmək üçün mühüm işlər gördü. Türkiyə dövləti bir daha bunları yaşamamaq üçün lazım olan bütün tədbirləri görməkdə davam edir. Biz tarixin dərslərindən ibrət götürməli, baş verənləri unutmamalıyıq.

- Cənab səfir, bu günlərdə Gəncə şəhərinə səfər etmisiniz. Səfər təəssüratlarınızı bölüşmənizi istərdik.

- Azərbaycanın qədim şəhərlərindən olan Gəncədən yenicə qayıtmışam. Orada olduğum müddətdə bir sıra yerlərə baş çəkdik. Həmçinin Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə də oldum.

Gəncədə mənə yüz il əvvəl baş verən maraqlı hekayələr danışdılar. Gəncəlilər 1918-ci ildə bolşevik və daşnaklarla döyüşlər zamanı yaralanan türk əsgərlərini evlərində gizlədir, yaralarını sarıyırlarmış. Yaralı türk əsgərləri vəfat etdiyi təqdirsə isə, onları öz valideynlərinin, övladlarının yanında dəfn edirlərmiş. Bu, bizim nə qədər yaxın və doğma xalqlar olduğumuzu təsdiqləyən çoxsaylı tarixi faktlardan yalnız biridir.

- Azərbaycan qardaş Türkiyənin dəstəyini növbəti dəfə sentyabrın sonlarında başlayan 44 günlük Vətən müharibəsində də gördü...

- Doğrudan da biz bu qardaşlığı Ermənistanın 30 il işğal altında saxladığı torpaqları azad etmək uğrunda apardığı Vətən müharibəsində bir daha gördük. Türkiyə Azərbaycanın haqq mübarizəsində onun yanında oldu, mənəvi və siyasi dəstəyini əsirgəmədi.

Azərbaycan 44 günlük savaşda şəhidlər versə də, Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi. 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi bu dostluğa, qardaşlığa öz möhürünü vurdu. Bu sənədin mənəvi və strateji əhəmiyyəti çox böyükdür. Qars müqaviləsi Naxçıvanın zəmanətidirsə, Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliynin təminatıdır. Bu tarixi sənədin imzalanması o deməkdir ki, bundan sonra Azərbaycan üçün kənardan gələ biləcək hər hansı bir təhdid, həmçinin Türkiyə üçün də bir təhdiddir.

2021-ci il 15 iyun tarixi Azərbaycanın və Türkiyənin tarixinə yazıldı. Zaman keçdikcə bu sənədin nə qədər önəmli və əhəmiyyətli olduğu daha dərindən dərk ediləcək. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, bu coğrafiyada sülh şəraitində birgə yaşamağı qəbul etməlidir. Şuşa Bəyannaməsi də Qafqazda, Xəzər hövzəsində sülhü və təhlükəsizliyi təmin etməyə yönəlib.

- Cahit bəy, necə düşünürsünüz, Zəngəzur dəhlizinin açılması region ölkələrinin siyasətində və iqtisadiyyatında nə kimi rol oynayacaq?

- Şuşa Bəyannaməsində ən mühüm məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Zəngəzur dəhlizi sadəcə, Azərbaycanla Türkiyəni deyil, həm də Qərblə Şərqi birləşdirəcək. Yəni Çindən bir qatar çıxıb Londona gedəndə sadəcə, Çinin mallarını götürməyəcək, həmçinin Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Azərbaycan, İran, Gürcüstan və Ermənistanın da mallarını daşıyacaq. Təbii ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın da ticarətinə, iqtisadiyyatına müsbət təsir göstərəcək. Bu dəhliz həm də ölkələrin siyasi müstəvidə anlaşmasında mühüm rol oynayacaq.

Ümummilli lider Heydər Əliyev Xəzərdən neft çıxarılmasında xarici şirkətlərin fəaliyyətinə səlahiyyət verdiyi kimi, burada da müsbət tərəflər çoxdur. Qərb şirkətlərinin Azərbaycanda olması ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdir. Bu, Ulu Öndərin böyük siyasi manevri olaraq dövlət müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan üçün çox vacib idi. Zəngəzur dəhlizinin açılması da eyni ilə region ölkələrinin hər birinin xeyrinədir.

- Müsahibə üçün təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keniyada daşqınlar 90-dan çox insanın həyatına son qoyub

Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb

Türkiyə liseylərinin tələbələri türk dövlətlərinin yaxınlaşma yollarını müzakirə ediblər

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb