İQTİSADİYYAT
Cari ilin birinci rübündə 25 çoxmərtəbəli binaya təbii qaz verilmişdir
Bakı, 1 aprel (AZƏRTAC). ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi (İB) dövlət qəbul komissiyasından keçərək istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qazın verilişinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
“Azəriqaz” İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin birinci rübündə hüquqi və fiziki şəxslərin müraciətlərini nəzərə alaraq, dövlət qəbul komissiyasından keçmiş və müvafiq istismara qəbul aktı almış 25 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin etmişdir. Bunların 17-i Bakı şəhərində, 8-i isə Mingəçevir şəhəri, Abşeron, Göyçay, Lerik, Zaqatala və Zərdab rayonlarında yerləşir.
Xatırladaq ki, 2012-ci ildə “Azəriqaz” İB 60 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]