İQTİSADİYYAT
CARİ İLİN YANVAR-NOYABR AYLARINDA AZƏRBAYCANIN XARİCİ TİCARƏT DÖVRİYYƏSİNİN HƏCMİ 4 MİLYARD 480 MİLYON DOLLAR OLMUŞDUR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin yanvar-noyabr aylarında ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi təxminən 4 milyard 480 milyon dollar olmuşdur.
Həmin dövrdə Azərbaycandan təqribən 2 milyard 163 milyon dollar məbləğində məhsul ixrac edilmişdir ki, bu da 2002-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,52 faiz çoxdur. On bir ayda respublikamız 2 milyard 317 milyon dollarlıq məhsul idxal etmişdir. Xarici ticarətin passiv saldosu təxminən 154 milyon dollar təşkil etmişdir.
Göstərilən dövrdə Azərbaycan dünyanın 120 ölkəsi ilə ticarət əməliyyatları aparmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]