SİYASƏT
CƏBHƏNİN BİR NEÇƏ İSTİQAMƏTİNDƏ ATƏŞKƏS REJİMİ POZULMUŞDUR
Bakı, 9 yanvar (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 8-də saat 12.00-dan 12.10-dək Noyenberyan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Mərzili kəndi ərazisindəki mövqelərimizi, saat 13.30-dan 13.40-dək Ağdam rayonunun Qaraqaşlı, saat 19.20-dən 19.50-dək Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur.
İtki yoxdur.