ELM VƏ TƏHSİL
Cəfər Rəmzinin “Qəzəllər” kitabı çapdan çıxıb
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tanınmış şair, tədqiqatçı, pedaqoq, tərcüməçi Cəfər Rəmzinin qəzəllərindən ibarət toplu nəşr etdirib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitabda şairin əsasən “Sufi”, “Rəmzi” təxəllüsü ilə yazdığı şeirlər toplanıb.
Qeyd edək ki Cəfər Rəmzinin 1959-1993-cü illərdə qələmə aldığı əsərlərin əlyazma nüsxələri, çap variantları və kitabları Əlyazmalar İnstitutunda qorunur.
Kitaba daxil edilmiş qəzəlləri institutun əməkdaşı Sona Xəyal ərəb əlifbasından transfonoliterasiya edib.
Nəşr C.Rəmzinin 110 illik yubileyinə həsr olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]