CƏMİYYƏT
Cəlilabad rayonunun Sabirabad kəndində fərdi yaşayış evində yanğın baş verib
Cəlilabad, 27 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 27-də səhər saatlarında Cəlilabad rayonunun Sabirabad kənd sakini Zərifə Hüseynovaya məxsus fərdi yaşayış evində yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə zamanı evdə heç kim olmayıb. Yanğından xəbər tutan qonşular dərhal Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinə məlumat veriblər.
Hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub, yanğının qarşısı alınıb. Yanğın zamanı evdəki məişət əşyalarının bir qismi mühafizə olunsa da, ümumi sahəsi 88 kvadratmetr olan mənzilin 33 kvadratmetri içindəki əşyalarla bilikdə yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırmalar aparılır.