REGİONLAR
Cəlilabad şəhərindəki kitabxana binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
Cəlilabad, 29 iyun, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad şəhərindəki 1 nömrəli kitabxana filialının binası əsaslı təmir və yenidənqurmadan sonra oxucuların ixtiyarına verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov kitabxana işçilərini əlamətdar hadisə münasibətilə təbrik edib, filialın oxuculara yüksək səviyyədə xidmət göstərəcəyinə əminliyini bildirib.
Mərasimdə çıxış edənlər ölkəmizdə milli mənəvi dəyərlərimizin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə, mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Filial binasında kitabxanaya yeni oxucuların cəlb olunması məqsədilə onlara pulsuz xidmət göstərən “Bookcafe” də fəaliyyətə başlayıb.