Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

CƏMİYYƏTİMİZİN ƏN APARICI HİSSƏSİ OLAN GƏNCLƏR AZƏRBAYCANIN HƏRTƏRƏFLİ İNKİŞAFINDA, DEMOKRATİKPROSESLƏRİN GÜCLƏNDİRİLMƏSİNDƏ ÇOX FƏAL İŞTİRAK EDİRLƏR
AZƏRBAYCAN GƏNCLƏRİNİN IV FORUMUNUN YEKUN TOPLANTISINDA PREZİDENT İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz gənclər!

Əziz dostlar!

Bu gün çox gözəl bir gündür. Azərbaycan Gənclərinin IV Forumu öz işini yekunlaşdırır. Bir neçə ay ərzində Azərbaycanın müxtəlif rayonlarında, şəhərlərdə gənclərin tədbirləri keçirilmişdir. Bu tədbirlər bir daha göstərdi ki, Azərbaycan gəncləri çox fəaldırlar. Azərbaycanın hərtərəfli inkişafında çox böyük işlər görürlər, öz töhfələrini verirlər. Bu, çox sevindirici bir haldır. Çünki Azərbaycanın hərtərəfli inkişafında Azərbaycanda demokratik proseslərin gücləndirilməsində cəmiyyətimizin bütün təbəqələri fəal iştirak etməlidir. Gənclər cəmiyyətimizin ən fəal hissəsidir.

Bu gün burada videokadrlar nümayiş etdirildi. O günləri biz bir daha nəzərdən keçirdik. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev gənclərin fəallaşmasında çox mühüm və böyük rol oynamışdır. Məhz onun təşəbbüsü ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaranmışdır. O, gənclərlə daim ünsiyyətdə idi, tədbirlərdə daim iştirak edir, öz dərin tövsiyələrini verir, inkişaf istiqamətlərini müəyyən edirdi. Bu gün Azərbaycanda çox güclü gəncliyin yaranması, əlbəttə, o illərdə görülmüş işlərin nəticəsidir.

Azərbaycanın çox gözəl və böyük uğurları, çox gözəl perpsektivləri vardır. Biz hamımız xatırlayırıq ki, Heydər Əliyev hələ 1970-ci illərdə bu məsələyə çox böyük diqqət göstərirdi. Minlərlə gənc o illərdə güzəştli şərtlərlə Sovet İttifaqının ən mötəbər təhsil ocaqlarına göndərilirdi. Eyni zamanda, Azərbaycanda məhz 1970-ci illərdə hərbi məktəb yaranmışdır. Naxçıvanski adına hərbi məktəbin yaranmsı bu gün Azərbaycanın nizami ordusunun güclənməsinə xidmət edir. Bütün bu tarix bizə bəllidir.

Bu gün Azərbaycanın qarşısında yeni çağırışlar, yeni məsələlər dayanır. Qarşıda duran bütün vəzifələri uğurla icra etmək, ölkəmizi daha da zənginləşdirmək, çox güclü iqtisadi potensial yaratmaq bizim hamımızdan asılıdır. Təsadüfi deyil ki, Forumun əsas mövzusu Azərbaycanda gedən sosial-iqtisadi proseslərin təhlili və inkişaf perspektivləridir.

Bu baxımdan Azərbaycan bölgədə və dünyada ən sürətlə inkişaf edən ölkədir. Artıq beynəlxalq maliyyə qurumları öz bəyanatlarında bunu etiraf edir və vurğulayırlar. İqtisadi inkişaf sürətinə görə Azərbaycan dünyada ən qabaqcıl ölkədir. Ölkənin iqtisadiyyatı bu ilin əvvəlindən 20 faiz artıbdır, gələn il daha da yüksək sürətlə artacaqdır. Azərbaycanda güclü sənaye potensialı, güclü infrastruktur yaranır, müxtəlif sosial layihələr uğurla icra olunur.

Bu ilin may ayında və oktyabr ayında Bakıda və Gürcüstanda Heydər Əliyevin əsəri olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi ilə əlaqədar tədbirlər keçirilmişdir. Bu kəmər Azərbaycanı uzun illər ərzində iqtisadi cəhətdən gücləndirəcəkdir. Azərbaycanda fəaliyyət göstərən Dövlət Neft Fondu iqtisadi inkişaf üçün artıq çox güclü bir amildir. Bildiyiniz kimi, Neft Fondunun əsas gəlirləri və vəsaiti gələcək nəsillər üçün əmanət kimi saxlanılacaqdır. Əminəm ki, gələcək nəsillər, gənclər bu gözəl imkanlardan səmərəli istifadə edəcəklər.

Gəncləri narahat edən problemlər də var. Biz də o problemləri bilirik və çalışırıq ki, onları həll edək. İlk növbədə, məşğulluq problemidir. Bu, Azərbaycan üçün çox ciddi bir problemdir. Təkcə bizim üçün yox, bütün postsovet ölkələri üçün ciddi problemdir. Ancaq Azərbaycanda bu problem öz həllini tapmaqdadır. Son iki il ərzində 300 min yeni iş yerinin açılması bunun əyani sübutudur. Dünyada analoqu olmayan bir hadisədir ki, qısa müddət ərzində 300 min yeni iş yeri açılsın. Onu da bilirik ki, bu iş yerlərində, yeni yaranmış müəssisələrdə, fabriklərdə gənclər çox fəal çalışırlar.

Gəncləri narahat edən digər problem onların məişət şəraitidir, ev problemidir. Biz çalışırıq ki, bu məsələyə də imkan daxilində öz köməyimizi göstərək. Əminəm ki, bu yaxınlarda İpoteka kreditləşməsi haqqında atılmış addımlar bu istiqamətdə çox ciddi dönüş yaradacaqdır. İpoteka krediti yolu ilə yeni mənzillərin alınması mümkün olacaqdır. Artıq bu məqsəd üçün müəyyən vəsait ayrılıbdır. Əlbəttə, bizim iqtisadi imkanlarımız genişləndikcə, bu məqsədlərə daha böyük həcmdə vəsait ayrılacaqdır.

Bütövlükdə, Azərbaycanda iqtisadi inkişaf çox sürətlə gedir. Bildiyiniz kimi, 2006-cı ilin büdcəsi təxminən 4 milyard dollara çatacaqdır. Bir neçə il bundan əvvəl büdcəmiz 1 milyard dollara da çatmırdı. Bu gün 4 milyard olur. Büdcə artımı 70 faiz səviyyəsindədir. Bu da dünyada heç bir başqa ölkədə baş vermir. Azərbaycan bu baxımdan da çox nadir addımlar atır. Bütün bunların arxasında real işlər, real islahatlar dayanır.

Azərbaycanda sosial-iqtisadi islahatlar 1990-cı illərin ortalarında başlamışdır. Azərbaycan o vaxt böhrandan çıxandan sonra ölkədə güclü və köklü iqtisadi islahatlar aparılmağa başlandı. 1996-cı ildən başlayaraq, ölkə iqtisadiyyatı orta hesabla hər il 10-11 faiz artırdı. Bu il isə Azərbaycan sıçrayış etdi. Ötən aylarda artım 20 faiz, gələn illərdə isə 25-30 faiz olacaqdır. Bu, onu göstərir ki, iş olan yerdə nəticə də var.

Biz öz siyasətimizi düşünülmüş, uzunmüddətli iqtisadi strategiya əsasında, çox güclü əsaslarla, elmi yanaşmalarla qururuq və həyata keçiririk.

Regionların inkişaf proqramı çox sürətlə yerinə yetirilir. Mənim bölgələrə çoxsaylı səfərlərim bir də onu göstərir ki, Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada inkişaf getməsin. Evlər, binalar tikilir, yollar, xiyabanlar salınır, yeni iş yerləri açılır. Bu gün Azərbaycanın bütün regionlarında canlanma var. Bu, bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə, Azərbaycanın hərtərəfli inkişafı üçün əsas, böyük şəhərlərlə yanaşı, rayonlar, kəndlər də inkişaf etməlidir. Biz miqrasiyanın qarşısını almalıyıq. Amma təbii yollarla. Bölgələrdə iş yerlərinin açılması, infrastrukturun yaranması, elektrik stansiyalarının tikilməsi, yolların salınması, qaz xətlərinin, su kəmərlərinin çəkilməsi, artezian quyularının qazılması – bütün bunlar bölgələrdə yeni şərait yaradır. Əgər bölgələrdə, rayonlarda elektrik enerjisi ilə problem varsa, orada heç vaxt nə müəssisə yaranacaq, nə də hansısa ciddi bir iqtisadi layihə həyata keçiriləcəkdir.

Ona görə bölgələrin inkişafı bu gün bizim prioritet məsələmizdir. Azərbaycan əhalisinin 50 faizi aqrar sahədə fəaliyyət göstərir. Əlbəttə, gənclər də aqrar sahədə işləyirlər. Ona görə aqrar islahatların növbəti mərhələsi də başlanmışdır. Bu da ondan ibarətdir ki, fermer təsərrüfatlarına, kəndlilərə güzəştli şərtlərlə kreditlər ayrılır və daha da böyük məbləğdə veriləcəkdir. Gələn il büdcədən bu məqsədlərə təxminən 80 milyon dollar sərf olunacaqdır. Digər mühüm məsələyə - kənd təsərrüfatı texnikasının təminatı məsələsinə də biz artıq baxmışıq, qərarlar qəbul edilibdir. “Aqrolizinq” səhmdar cəmiyyətinin yaranması bu məsələni həll edəcəkdir. Bu il 20 milyon dollar, gələn il 30 milyon dollar dəyərində yeni, müasir texnika gətirilib kəndlilərə paylanılacaqdır. Həmçinin gübrənin alınması məsələsində də çox ciddi dönüş yaranacaqdır.

Beləliklə, görülən bütün tədbirlərin nəticəsində bir-iki ildən sonra kənd təsərrüfatı istehsalı kəskin şəkildə artacaqdır. Bu, bizə ilk növbədə, imkan yaradacaq ki, insanlar o sahədə daha da fəal olsunlar, işlə təmin edilsinlər. Digər tərəfdən, Azərbaycanın iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcəkdir.

Azərbaycan qədim neft ölkəsidir və neft bizim milli, təbii sərvətimizdir. Azərbaycan nefti Azərbaycan xalqına məxsusdur və onun rifah halının yaxşılaşmasına xidmət edir. Uzun illər bundan sonra da belə olacaqdır. Bizim iqtisadiyyatımızın əsas sektoru neft, qaz sektorudur. Amma eyni zamanda, qeyri-neft sektorunun inkişafı bu gün ən başlıca məsələlərdən biridir. Neft sənayesində görülən işlər, Heydər Əliyevin neft strategiyasının uğurla icra olunması, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisi artıq gerçəklikdir, reallıqdır. Baxmayaraq ki, müəyyən mərhələlərdə bəzi qüvvələr bunun əleyhinə çıxmağa cəhd göstərmişlər. Artıq bu mərhələ bitdi.

İndi bizim bütün səylərimiz qeyri-neft sektorunun inkişafına yönəldilməlidir. Bu sahədə kənd təsərrüfatı, xidmət sektoru, inşaat sektoru, Azərbaycanda yeni sənaye sahələrinin yaranması məsələləri prioritet xarakter daşıyır. Bütün bu işlərdə, əlbəttə, ən fəal qüvvə gənclərdir. Bu proseslərdə daha fəal iştirak etmək üçün gənclərin təhsil problemləri də yüksək səviyyədə həll olunmalıdır. Biz bu məsələyə çox böyük diqqət göstəririk. İnkişaf etmiş ölkələrin təcrübəsini çox yaxşı öyrənmişik, bilir və görürük ki, harada təhsilə böyük diqqət göstərilirsə, çoxlu vəsait ayrılırsa, o ölkələrdə inkişaf da var. Bu gün dünyada inkişafı təmin edən təbii ehtiyatlar, yaxud da başqa milli sərvətlər deyil, ilk növbədə bilik, savad, yeni texnologiyadır. Bilik, savad, müasirlik - buna nail olmaq üçün Azərbaycanda təhslin səviyyəsi mütləq qalxmalıdır.

Eyni zamanda, bizim gənclərimiz xaricdə də təhsil almaq üçün yeni imkanlar əldə etməlidirlər. Bu barədə artıq müvafiq göstərişlər verilibdir. Bilirəm ki, bu proses indi gedir. Gənclər müəyyən yollarla xarici ölkələrin çox tanınmış təhsil ocaqlarına daxil olurlar, orada oxuyurlar, yaxşı savad alırlar. Bəziləri qayıtmır, oxuduqları ölkələrdə qalıb işləyirlər. Mən bunda da bir problem görmürəm. Çünki bu bizə lazımdır. Gec-tez qayıdacaqlar. Çünki azərbaycanlıları səciyyələndirən xüsusiyyətlərdən biri də odur ki, biz öz doğma Vətənimizə, torpağımıza çox bağlıyıq.

Xaricdə yaxşı təhsil almaq, işləmək, böyük təcrübə toplamaq bizim ölkəmiz üçün lazımdır. Ancaq ölkə daxilində təhsil problemlərini daha sürətlə həll etmək üçün mütləq ciddi addımlar atılmalıdır. Bilirsiniz ki, bu yaxınlarda yeni məktəblərin tikintisi prosesi başlanmışdır. Qısa müddət ərzində 150-dən çox məktəb tikilibdir. Hər bir məktəbdə kompüter sinfi yaradılır. Azərbaycanda 4500-ə qədər məktəb var. Onun hər birində kompüter sinfi yaradılmalı və internetə qoşulmalıdır. Hər bir şagird dünyada gedən bütün proseslərdən xəbərdar olmalıdır. Onun yeni texnologiyalara çıxışı olmalıdır. Əlbəttə, ümidvaram ki, bir neçə ildən sonra Azərbaycanda bu baxımdan çox böyük irəliləyiş əldə ediləcəkdir.

Bir sözlə, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Yenə də bütün əsas məsələlər hər bir ölkənin iqtisadi potensialına bağlıdır. Ona görə də bizim iqtisadi məsələlərə göstərdiyimiz bu diqqət başadüşüləndir. Bu, təkcə diqqət deyil, real işlərdir, real addımlardır. İki il bundan əvvəl prezident seçkiləri ərəfəsində deyilmiş bütün sözlər, verilmiş bütün vədlər, qarşıya qoyduğumuz bütün vəzifələr bu gün Azərbaycanda yerinə yetirilir. Uğurla, bəlkə də, daha yüksək sürətlə icra olunur. Bu isə deməyə əsas verir ki, bu meyillər gələcəkdə də davam edəcəkdir. Əgər biz iki il ərzində verdiyimiz bütün sözlərə sadiq qalmışıqsa, deyilənləri həyata keçirmişiksə, deməli, növbəti illərdə də bütün işlərimiz proqram şəklində icra olunacaqdır.

Eyni zamanda, çox sevindirici haldır ki, bu gün Azərbaycanda cəmiyyətdə və xüsusən gənclərdə vətənpərvərlik ruhu çox yüksək səviyyədədir. Bu, məni çox sevindirir. Azərbaycan müharibə şəraitində yaşayır və bizim torpaqlarımız işğal altındadır. Bütün səylərə baxmayaraq, apardığımız bütün danışıqlara baxmayaraq, məsələ öz həllini tapmır. Əlbəttə, biz müəyyən diplomatik uğurlardan danışa bilərik, haqlı olaraq danışa bilərik. Çünki müxtəlif beynəlxalq təşkilatların bu məsələyə yanaşmasında dönüş müşahidə olunur. Müxtəlif beynəlxalq təşkilatlar - Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı, digər təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çox önəmli, birmənalı qərarlar çıxarmış və qətnamələr qəbul etmişdir.

Əlbəttə, bütün bunlar bizim siyasi və diplomatik uğurlarımızdır. Amma əgər nəticə yoxdursa, bu uğurların heç bir əhəmiyyəti də yoxdur. Biz bütün imkanlardan istifadə etməyə çalışırıq. Danışıqlar prosesindən istifadə etməyə çalışırıq. Mən demişəm, bir də deyirəm, danışıqlar prosesi nə qədər ki, tükənməyib, imkanlar tükənməyib, biz bu sülh danışıqlarına sadiq qalacağıq. Amma bizim səbrimizin həddi var, tükənməz deyildir. Biz nə vaxta qədər bu danışıqları aparacağıq?! Nə vaxta qədər vəziyyət dəyişməz olaraq qalacaqdır?! Bu, bizim haqqımızdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi tərəfindən qəbul edilir, dəstəklənir və buna birmənalı yanaşma var. Eyni zamanda, məsələ öz həllini tapmır. Bunun səbəbləri müxtəlifdir. Mən bu barədə çox danışmaq istəməzdim.

Amma mən tam əminəm ki, əgər biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək istəyiriksə, danışıqlarla bərabər, Azərbaycanda ordu quruculuğuna böyük diqqət göstərilməlidir. Bu, mənim seçkiqabağı platformamın tərkib hissəsi idi və iki il bundan əvvəl bəyan etmişdim ki, əgər xalq mənə etimad göstərib Prezident vəzifəsinə seçərsə, ordu quruculuğuna böyük diqqət göstəriləcəkdir. Nəticələr göz qabağındadır. Əgər 2004-cü ildə hərbi büdcəmiz 170 milyon dollar idisə, 2006-cı ildə 600 milyon dollar olacaqdır. Bəyan etmişəm ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsinə bərabər olacaqdır. Siz də yaxşı bilirsiniz ki, mənim dediyim bütün sözlər həyatda öz əksini tapır. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq. Azərbaycanda daha da güclü ordu yaranacaqdır. Azərbaycan ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olmalıdır və biz doğma torpaqlarımızı azad etməliyik.

Mən bu gün bu kürsüdən Azərbaycan əsgərini, Azərbaycan gənclərini salamlamaq istəyirəm. Bu gün səngərdə, sərhəddə Azərbaycan torpaqlarını, sərhədlərini qoruyan əsgərlərə öz salamlarımı çatdırıram, onlara öz hörmətimi, məhəbbətimi ifadə edirəm.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün, əlbəttə ki, idman amili də çox mühüm yer tutur. İdman artıq dünyada böyük bir ictimai, siyasi məsələyə çevrilibdir. Bildiyiniz kimi, Azərbaycanda uzun illərdir ki, bu sahəyə böyük diqqət göstərilir. 2000-ci ildən başlayaraq, Azərbaycan Milli Olimpiya Komitəsi böyük bir proqramla, təşəbbüslə çıxış etdi, Azərbaycanın hər bir bölgəsində müasir olimpiya komplekslərinin tikintisi haqqında qərar verildi. Mən çox şadam ki, Azərbaycanın bütün bölgələrində bu iş çox geniş vüsət alıb, müasir idman kompleksləri tikilir və rayonlarda yaşayan gənclər ən yüksək dünya səviyyəsinə uyğun olan şəraitdə məşq edirlər, idmanla məşğul olurlar. Bu proqram davam etdirilir. İndi rayonlarda yeni idman kompleksləri tikilir. Bu, gənclərin sağlamlığını təmin edəcəkdir.

Eyni zamanda, Azərbaycanın idman şöhrəti də yüksəklərə qaldırılır. İdmançılarımızın bütün beynəlxalq yarışlarda nə qədər medal, nə qədər mükafat aldıqlarını bu gün nazir öz məruzəsində dedi. Hər dəfə bizim dövlət himnimiz səslənəndə, hər dəfə bayrağımız qaldırılanda hər bir azərbaycanlı qürur hissi keçirir. Mən gəncləri, uşaqları idmanla daha da fəal məşğul olmağa çağırıram. Bu, həm sağlamlıq deməkdir, həm də nizam, intizam deməkdir. İdmanla məşğul olan uşaqlar pis vərdişlərdən uzaq olurlar və çox gözəl vətəndaş kimi yetişirlər. Onlarda çox gözəl dünyagörüşü yaranır, vətənpərvərlik ruhu çox yüksək səviyyədə olur.

Əziz dostlar!

Mən bir məsələyə də toxunmaq istəyirəm. Çox şadam ki, Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi həyatında çox fəal iştirak edirlər. Bu, çox təqdirəlayiq bir haldır. Mən hesab edirəm ki, gənclər irəliyə daha da inamla getməlidirlər, müvafiq dövlət, hökumət orqanlarında gənclərə böyük yer ayrılmalıdır, onlara inam olmalıdır. Çünki bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir. Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, gözəl təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar.

Eyni zamanda, gənclər siyasi proseslərdə fəal iştirak edirlər. Bu da çox sevindirici haldır. Bildiyiniz kimi, parlament seçkilərində də gənclər fəal iştirak edirlər. 2000-dən artıq namizəd qeydiyyatdan keçib və bu özlüyündə onu göstərir ki, cəmiyyətdə parlament seçkilərinin şəffaf, ədalətli keçirilməsinə böyük inam var. Mən hesab edirəm ki, həm qeydiyyat mərhələsi uğurla başa çatıb, həm də təşviqat-təbliğat kampaniyası uğurla gedir. Şübhə etmirəm ki, noyabrın 6-da keçiriləcək parlament seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirəcək və Azərbaycan xalqı dəstəklədiyi namizədə səs verəcəkdir. Mən gəncləri də daha da fəal olmağa çağırıram. Çünki parlament seçkiləri Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaqdır.

Azərbaycan demokratiya yolu ilə çox inamla addımlayır. Azərbaycanda demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması bizim başlıca məqsədimizdir. Mən yenə də beynəlxalq təcrübəyə qayıtmaq istəyirəm. Biz dünyada gedən prosesləri çox yaxşı izləyirik, görürük ki, harada tərəqqi, inkişaf varsa, o yerdə demokratik cəmiyyət mövcuddur. Mən tam əminəm ki, ölkədə nə qədər neft, qaz, başqa təbii ehtiyatlar olsa belə, əgər ölkə azad deyilsə, demokratiya tam bərqərar edilməyibsə, həmin ölkənin gələcəyi o qədər də uğurlu olmayacaqdır.

Azərbaycanda ölkəmizi həm siyasi, həm iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək üçün bütün şərait var. Bizim zəngin təbii ehtiyatlarımız var, çox əlverişli coğrafi vəziyyətimiz var. Azərbaycanın bölgədə və dünyada coğrafi-siyasi və coğrafi-strateji əhəmiyyəti günü-gündən artmaqdadır. Ölkəmizdə çox gözəl insan potensialı var, savadlı insanlar var, demokratik cəmiyyət qurulur. Azərbaycan dünyəvi ölkədir və biz çalışmalıyıq ki, bütün bu proseslərə daha da güclü təkan verək. Əgər biz bu amillərdən hər hansı birini ümumi kontekstdən çıxarsaq, onda biz uğur qazana bilmərik. Eyni zamanda kasıb ölkədə, yoxsullar olan ölkədə tam şəkildə demokratik cəmiyyətin qurulması da mümkün deyildir. Çünki əgər insanlar kasıbdırsa, əgər yoxsulluq, işsizlik şəraitində yaşayırsa, onları tamamilə başqa məsələlər düşündürür. Ona görə biz ölkəmizi hərtərəfli inkişaf etdirməliyik. Güclü iqtisadi bazanın yaradılması, eyni zamanda ölkənin normal demokratik inkişafına zəmin yaradır və onu müəyyən edir.

Mən hesab edirəm ki, Azərbaycan cəmiyyətində bu məsələlərlə bağlı heç bir fikir ayrılığı yoxdur. Biz hamımız istəyirik ki, ölkəmiz müasirləşsin, yeniləşsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın, hər bir vətəndaş azad olsun, cəmiyyətimiz inkişaf etsin və Azərbaycan bölgədə öz liderlik mövqelərini daha da möhkəmləndirsin. Bu, indi də belədir. Bu gün də Azərbaycanın iştirakı, yaxud da razılığı olmadan bölgədə heç bir məsələ həll edilə bilməz, heç bir layihə həyata keçirilə bilməz. Bu, bizim nailiyyətimizdir. Dünyada bizim önəmimiz artır. Azərbaycan hər cəhətdən örnək ölkə ola bilər və olmalıdır. Mənim məqsədim budur.

Prezident kimi mən bu yüksək məsuliyyəti öz üzərimə götürərkən bunu bəyan etmişdim. Bəyan etmişdim ki, mən Azərbaycan xalqına xidmət edəcəyəm, Azərbaycanın milli maraqlarını qoruyacağam, onları hər şeydən üstün tutacağam, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi işində öz səylərimi əsirgəməyəcəyəm, xalqın iradəsinə, xalqın dəstəyinə arxalanaraq, doğma Vətənə ləyaqətlə xidmət edəcəyəm.

Mən vaxtınızı çox almaq istəmirəm. Bir şeyi də demək istəyirəm, bilirsiniz ki, mənim gənclərə xüsusi münasibətim var. Bir neçə il bundan əvvəl mən də özümü gənc hesab edirdim və siyasətə gələndə gənc idim. Ancaq illər keçir, sonra adam baxanda ki, artıq sən gənc deyilsən, əlbəttə, bir az təəssüflənir. Mən artıq yaş baxımından gənc sayıla bilmərəm. Amma bilin ki, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram. Sizə cansağlığı, uğurlar arzulayıram.

Sağ olun.

/Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı/.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir