Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

CƏNUBİ AFRİKA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB TABO MBEKİYƏ

Hörmətli cənab Prezident,

Afrika İttifaqının təsis edilməsi və bu təşkilatın ilk Sədri seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Afrika İttifaqının yaradılması zəngin insan potensialına və təbii sərvətlərə malik Afrika qitəsində sülhün, təhlükəsizliyin, iqtisadi tərəqqinin təmin olunmasına, dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edəcəkdir.

Sizə işlərinizdə uğurlar, qitənin bütün xalqlarına firavanlıq və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin