Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏNUBİ AFRİKA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB TABO MBEKİYƏ

Hörmətli cənab Prezident,

Cənubi Afrika Respublikasının milli bayramı- Azadlıq günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında təşəkkül tapan münasibətlər xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Cənubi Afrika Respublikasının xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2003 cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin