DÜNYA
Cənubi Koreya 2020-ci ilədək “5G” mobil rabitəsini istismara verməyi planlaşdırır
Bakı, 19 dekabr (AZƏRTAC). 2020-ci ilədək Koreya Respublikasında beşinci nəsil (5G) mobil rabitə şəbəkəsi istifadəyə veriləcəkdir. Onun sürəti LTE mobil məlumatların ötürülməsi texnologiyası sürətindən (saniyədə 100 meqabit) 1000 dəfə çox olacaqdır. Mobil rabitə operatorları təxminən saniyədə 1 qiqabit internetə qoşulma sürətini təmin edə biləcəklər. Bir səhifənin yüklənmə sürəti bir milli saniyə olacaqdır. Hazırda bu göstərici 1 saniyədir.
2015-ci ildə yeni texnologiyanın imkanlarının ilkin nümayişi planlaşdırılmış və 2018-ci ildən etibarən isə onun təcrübədə sınaqlarına başlanılacaqdır.
Təxminlərə əsasən, yalnız 2020-2026-cı illərdə beşinci nəsil mobil rabitəsi 570 trilyon (514.5 milyard dollar) məbləğində bazar yaradacaqdır.
Saniyədə 1 qiqabit sürət baza stansiyasına deyil, fərdi istifadəçilərin ixtiyarına veriləcəkdir.