DÜNYA
Çexiya ordusunun yeni zirehli transportyorlara ehtiyacı vardır
Praqa, 12 oktyabr (AZƏRTAC). Çexiya ordusu minalanmış yerlərdə hərəkət etmək üçün nəzərdə tutulmuş otuz ədəd MRAP tipli zirehli transportyor almaq niyyətindədir. Ordunun Baş qərargahının mətbuat katibi Yana Rujiçkova demişdir ki, bu güclü maşınlar rabitəçilərin və komanda məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün lazımdır. Transportyorların alınması üzrə tenderi 2014-cü və 2017-ci illərdə elan etmək planlaşdırılır. Çexiyanın müdafiə naziri Vlastimil Pitsek şikayətlənir ki, onun başçılıq etdiyi nazirliyin büdcəsi köhnəlmiş texnikanın modernləşdirilməsinə kifayət deyildir. Onun sözlərinə görə, Çexiya ordusunun BVP piyada hərbi maşınlarının dəyişdirilməsinə, yeni radarların və artilleriya üçün daha müasir texnikanın alınmasına ehtiyacı vardır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]