ÇEXİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VATSLAV KLAUSA
Hörmətli cənab Prezident,
Çexiya Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Çexiya arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın mənafeyinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çexiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
1 mart 2003-cü il