DÜNYA
Çexiya Rumıniyanın Şengen zonasına daxil olmasını dəstəkləyir
Buxarest, 14 mart (AZƏRTAC). Martın 13-də Çexiya xarici işlər naziri Karel Schwarzenberg rumın həmkarı Titus Korlateanla Praqada görüşü zamanı bildirmişdir ki, Çexiya Rumıniyanın Şengen zonasına daxil olmasını birmənalı dəstəkləyir. Nazir keçən həftə Avropa İttifaqının daxili işlər nazirlərinin bu məsələni təxirə salmasını uyğunsuzluq adlandırmışdır. Rumıniya xarici işlər naziri Titus Korlatean vurğulamışdır ki, Rumıniya bu yeni addımın atılması üçün dövlət büdcəsindən 1 milyard avro vəsait istifadə etmişdir. Nazir Rumıniyanın bu istiqamətdə lobbiçiliyi davam etdirmək niyyətində olmasını əlavə etmişdir.
İ.Hacıyev
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]