DÜNYA
Çexlər, estonlar və danimarkalılar Avropa İttifaqının dinə ən az meyilli xalqlarıdır
Praqa, 8 yanvar, AZƏRTAC
“Pew Research Center” İnstitutunun məlumatına görə, Çexoslovakiyada kommunist rejiminin süqutundan sonra ölkədə rəsmi şəkildə qeydiyyata alınan dinlərdən birinə sitayiş edən vətəndaşların sayı iki milyon azalıb. Estonlar və danimarkalılarla yanaşı, çexlər Avropanın dinə az meyilli xalqı hesab edilir.
AZƏRTAC tədqiqatın nəticələrinə istinadla xəbər verir ki, Çexiya əhalisinin yalnız 8 faizi özünü “çox dindar” adlandırır, çexlərin 9 faizi isə hər gün Tanrıya dua edir.
Müqayisə üçün qeyd edək ki, slovakiyalıların 29 faizinin, macarların və rusiyalıların 17 faizinin dinə inam hissləri güclüdür. Daha sonrakı yerlərdə avstriyalılar (14 faiz), fransızlar və almanlar (hərəyə 12 faiz) gəlir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa