DÜNYA
Çiçibu şəhərindəki məbəddə bıçaq oynatma ustalığı mərasimi keçirilib
Tokio, 27 mart, AZƏRTAC
Çiçibu şəhər məbədində yapon baş aşpazı min ildən çox yaşı olan və balığın bölünməsi ənənəsini özündə əks etdirən mərasimdə çıxış edib.
Bıçaqdan xüsusi bacarıqla istifadəyə həsr olunan illik ənənəvi mərasim martın 26-da Tokionun şimalında yerləşən Şintoist məbədində keçirilib. Mərasim qida hazırlamaq üçün istifadə olunan alətlərə minnətdarlığı özündə əks etdirməklə yanaşı, həm də aşpazlıq məharətini təkmilləşdirmək üçün ayinlərin icra edilməsi məqsədini daşıyır.
Qalib gələn aşpaz mərasim vaxtı 40 santimetr uzunluğunda sazanı balığa toxunmadan hissələrə ayırıb. Bu texnikanın əsasının IX əsrdə qoyulmuş Sizyo mətbəx sənətindən qaynaqlandığı bildirilir. Həmin vaxt bu sənət İmperator sarayında xüsusi qonaqlara xidmət zamanı nümayiş etdirilirmiş.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]