ELM VƏ TƏHSİL
Çin dilində “danışan kitablar”
Bakı, 24 yanvar, AZƏRTAC
Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbində Çin uşaq kitablarının sərgisi keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin kitabxana-informasiya mərkəzi tərəfindən təşkil olunan sərgidə ötən il mərkəzdə açılışı olan “Çin guşəsi”nin Çin uşaq ədəbiyyatı, eləcə də Çinin tarixi, coğrafiyası və digər mövzuları əhatə edən kitabları sərgilənib.
Sərgidə nümayiş olunan, Çin dilində “danışan kitablar” şagirdlər tərəfindən maraqla qarşılanıb.
Şagirdlər mərkəz tərəfindən “Dünya” məktəbinin kitabxanasına hədiyyə edilən çoxlu sayda kitabla da tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:01]
Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa
- 08.05.2024 [18:33]