Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun səmərəliliyi onun Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmasındadır - TƏHLİL

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun səmərəliliyi onun Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmasındadır -  TƏHLİL

Bakı, 28 sentyabr, AZƏRTAC Rabil Kətanov

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun layihəsinin icrası ilə əlaqədar yaradılmış işçi qrupunun iclasında yolun inşasına yaxın günlərdə başlamaq haqqında qərar qəbul edilib.

AZƏRTAC xəbər verir ki, Qırğızıstanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi layihənin iqtisadi və texniki əsaslandırması işlərinin başa çatdırıldığını bildirib. Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev Bakıda keçirilən tədbirdə bildirib ki, yaxın günlərdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun layihəsinin icrasına başlanılacaq.

Rusiya ilə Ukrayna arasında davam edən müharibə Orta Asiya, Çin və Cənub-Şərqi Asiya ölkələrini Avropa ilə ticarət əlaqələrini davam etdirmək üçün yeni yollar axtarmaq məcburiyyətində qoyub. Sovet İttifaqı dağıldıqdan sonra Orta Asiya respublikaları müstəqil iqtisadi sistem qurmağa başladı. Dünyaya açılan bu respublikalar ticarət əlaqələrini hələ sovetlər dövründə yaradılmış infrastrukturdan istifadə etməklə qururdular. Onların iqtisadi potensialı Avropa ilə daha intensiv ticarət aparmağa imkan verir və bunun üçün də yeni, daha yaxın və daha təhlükəsiz yolların tapılması zərurəti meydana çıxıb.

Ötən ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Özbəkistanın Səmərqənd şəhərində keçirilən zirvə görüşü çərçivəsində Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun çəkilməsi haqqında saziş imzalandı. Ümumi uzunluğu 454 kilometr olan yol 18 stansiya, irili-xırdalı 81 körpü və 41 tuneldən ibarət olacaq. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin aparılacağı Toruqart-Arpa-Məkmal-Cəlalabad marşrutu üzrə texniki-iqtisadi əsaslandırma işləri 2023-cü il iyun ayında başa çatdırılıb.

Qazaxıstan Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin Media kommunikasiyası və tarixi kafedrasının professoru Saken Mukan bildirir ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi Mərkəzi Asiyanın, Avropa ilə yanaşı, Cənub-Şərqi, Qərbi Asiya və Yaxın Şərq bazarlarına çıxışını təmin edəcək. Onun sözlərinə görə bu dəmir yolu Çin ilə Türkiyə arasındakı yükdaşımaların həcmini artırmaqla yanaşı, məsafəni 900 kilometr azaldacaq ki, bu da qatarların 8 gün ərzində mənzil başına çatmasını təmin edəcək. Məsafənin azalması isə öz növbəsində nəqliyyat xərclərinin azalmasına səbəb olacaq.

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun səmərəliliyi həm də onun Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmasındadır. Bu layihə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yükdaşımaları həyata keçirmək üçün nəzərdə tutulmuş “Orta dəhliz”in marşrutlarından biri olacaq.

Özbəkistan prezidenti yanında fəaliyyət göstərən Regional və strateji araşdırmalar institutunun rəhbəri Abror Fətullayev bu barədə yazdığı məqalədə qeyd edir ki, coğrafi xüsusiyyətləri nəzərə alan Azərbaycan və Özbəkistan nəqliyyat dəhlizlərini inkişaf etdirməyə çalışaraq Asiyadan Avropaya və əks istiqamətdə həyata keçirilən yükdaşımalarda tranzit rolunu oynamaq istəyirlər. Hər iki dövlətin planlaşdırdığı birgə nəqliyyat layihələri Orta Asiya və Qafqaz respublikalarının da tranzit potensialını artıracaq.

Abror Fətullayev qeyd edir ki, Özbəkistan Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək imkanına malikdir. Bu yol Özbəkistan mallarının dünya bazarına çıxmasını təmin edir. 2024-cü ildə Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyəti 5 milyon tona yüksələcək ki, bu da Özbəkistana daha çox yük ixrac etmək imkanı qazandıracaq. Özbəkistan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (BBDTL) vasitəsi ilə ticarət əlaqələrini genişləndirməyi planlaşdırıb. Nəzərə çatdıraq ki, 2022-ci ildə Özbəkistan BBDTL vasitəsi ilə 904 min ton ixrac-idxal əməliyyatı həyata keçirib ki, bu da 2021-ci illə müqayisədə 65 faiz çoxdur.

Hazırda Özbəkistan Azərbaycanın dəstəyi və köməkliyi ilə BBDTL-də yük terminalı tikmək üzərində iş aparır. Cari ilin sonuna kimi Özbəkistan Azərbaycan limanları vasitəsi ilə 1,5 milyon ton yük həcmində idxal-ixrac əməliyyatı həyata keçirəcək. Bununla da Bakı Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsində mühüm oyunçu ola bilər. Yüklər Çindən Qırğızıstan-Özbəkistan və Qazaxıstandan keçən dəmir yolu ilə Transxəzər dəhlizinə (Azərbaycana) daxil olacaq. Buradan isə Türkiyə və Avropaya daşınacaq.

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin oktyabrında Bişkekə səfəri zamanı regionda həyata keçirilən nəqliyyat layihələrini də qeyd edərək deyib: “...Söhbət, ilk növbədə dəmir yolundan gedir. Biz Xəzər dənizinə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun çəkilməsi qərarını dəstəkləyirik. Artıq Xəzərin tərəfimizdə olan hissəsində bizim hava, dəmir yolu və avtomobil nəqliyyatımızdakı daşınmalar nəzərə alınmaqla geniş nəqliyyat infrastrukturu yaradılıb”.

Beləliklə, Çin-Qırğızıstan-Özbəkistan layihəsinin davamı Qazaxıstan və ya Türkmənistan ərazisindən keçən dəmir yolu, sonradan Xəzər dənizinə və Azərbaycan limanlarına çıxış ola bilər. Azərbaycan artıq Gürcüstan ərazisi ilə Türkiyə və Avropaya, eləcə də Rusiya Federasiyası ərazisindən şimal istiqamətində yükdaşımaların yaxşı qurulmuş infrastrukturundan fəal şəkildə istifadə edir.

Çindən və Orta Asiyadan böyük həcmdə yüklərin qəbulu və respublikanın tranzit potensialının genişləndirilməsi üçün dəniz limanlarının keçid qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Belə ki, Ələt ticarət limanının buraxılış qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona, hazırkı 100 min konteynerdən isə 1 milyon konteynerə qədər artırılması nəzərdə tutulur.

Azərbaycan 2020-ci ildə 44 gülük Vətən müharibəsində erməni işğalı altındakı ərazilərini azad edərək regionda yeni reallıqlar yaratdı. Bu reallıq özünü Zəngəzur dəhlizinin mövzusunda da göstərir. Transxəzər nəqliyyat dəhlizinin davamı olan Zəngəzur dəhlizi, sadəcə, Naxçıvan ilə Azərbaycanı deyil, Asiya ilə Avropanı nəqliyyat baxımından birləşdirən bir beynəlxalq layihədir. Qurulmuş infrastruktur, buraxılış güclərinin genişləndirilməsi planları, həmçinin gömrük sistemlərinin regiondakı qonşularla sinxronlaşdırılması işlərini nəzərə alaraq, bu gün Azərbaycan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin davamı kimi daha cəlbedici görünür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əfv olunan şəxs: Ailəmin azadlığa buraxılmağımdan xəbəri yoxdur

Oman Sultanlığının nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib

® “MyShops”dan “Nothing” smartfonu al, “Azercell”dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!

Doktorant və gənc tədqiqatçıların 29-cu konfransı Naxçıvanda olacaq

Qafqaz Albaniyasının maddi-mədəni irsinə qarşı erməni vandalizmi - elmi sessiya

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi yolu ilə yenidən təşkili haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Lənkərandakı cəzaçəkmə müəssisəsindən 2 nəfər azadlığa buraxılıb, onlardan 1-i Fransa vətəndaşıdır

“Reuters”: Səudiyyə Ərəbistanı Şərq-Qərb xam neft boru kəmərini yenidən işə salmağa başlayıb

Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb

“Şəfa” Qəbələdə toplanış keçəcək

Kral Salman: Dünya müsəlmanları husilərin Məkkəni hədəf almaq cəhdini pisləyir

İstanbulun minillik şahidi – Dikilitaş

Xammaldan yüksək dəyərli məhsula: Azərbaycanın iqtisadi gələcəyinə yeni baxış - ŞƏRH

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

Duzlaşmaya məruz qalmış aqrosenozların münbitliyinin yaxşılaşdırılması ilə bağlı layihə qrant qalibi olub

Elman Cəfərli: Təbii sərvətlərə vurulan zərər sistemli şəkildə sənədləşdirilməlidir

Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunda yeni artım mənbələrinin yaradacaq ŞƏRH

Əfv sərəncamı Naxçıvanda icra olundu - iki Türkiyə vətəndaşı azadlığa buraxıldı

Dörd universitet mühəndislik təhsili üzrə əməkdaşlıq edəcək

Əfv sərəncamı 2 və 17 saylı cəzaçəkmə müəssisələrində 4 nəfərə şamil olunub

Bakı Təhlükəsizlik Forumu Azərbaycanın beynəlxalq təhlükəsizlik diplomatiyasındakı rolunu gücləndirir - ŞƏRH

Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib

ADPU əməkdaşları üçün strateji kommunikasiya mövzusunda təlim təşkil olunub

Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib

MİDA 13 qeyri-yaşayış obyekti və onlara aid zirzəmi sahələrini satışa çıxarır

Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib

“İnnovativ məktəb” layihəsi çərçivəsində 43 müəllim təlimə cəlb olunub

Təhlükəsizlik Forumu: Prezident İlham Əliyevin təşəbbüsləri qlobal təhdidlərin qarşısının alınmasına yönəlib

Əfv sərəncamının icrasına başlanılıb

Kəngərlidə avtomobil aşıb: ər-arvad xəsarət aldı, körpələri həyatını itirdi VİDEO

Kəngərlidə avtomobil aşıb: ər-arvad xəsarət aldı, körpələri həyatını itirdi VİDEO

Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır

Folklor İnstitutunun əməkdaşı Özbəkistanda keçirilən konfransda məruzə edib

Yaşlılarda əzələ zəifliyinin yeni səbəbi aşkarlanıb

Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib

“Çinin düyü mədəniyyəti” - seminar

Meksikalı pilot: Bakıdakı yarış üçün ümidliyəm

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır

Hacıqabulda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” müzakirə olunub

Azərbaycan startapı Özbəkistan və Türkiyə bazarlarında işə başlamağı planlaşdırır

Corc Rassel: Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik

Oskar Piastri: Ümid edirəm ki, bu dəfə Bakıdakı yarış bizim üçün daha yaxşı keçər

İki tarix arasındakı reallıq: müharibədən sülh gündəliyinə gedən yol ŞƏRH

Ekspert: Süni intellekt təhsildə müəllim və şagirdlərin imkanlarını genişləndirə bilər

Ev şəraitində konservləşdirilən qidalar nə qədər təhlükəsizdir və bu zaman nələr nəzərə alınmalıdır?

Tailandlı pilot: Bakı trası bizim bolidə uyğundur

Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram

“Valensiya”nın yeni baş məşqçisi məlum olub

Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub

“Red Bull”un pilotu: Bakıda əlimizdən gələnin ən yaxşısını etmək istəyirik

“Qazıməmməd Qazax” magistral qaz kəmərinin 69 kilometrlik hissəsi təmir ediləcək

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsert təşkil olunub

Azərbaycan və IEC enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlığı dəyərləndirib

Buxarestdə Şərqi Avropanın qlobal ticarət marşrutlarındakı rolu müzakirə olunur

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,9 faiz artıb

"Turan Tovuz" - "Fənərbağça" oyununa 12 mindən artıq bilet satılıb

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib VİDEO

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib VİDEO

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub - ŞƏRH

Beynəlxalq Elektrotexniki Komissiya Azərbaycanla innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsində maraqlıdır

İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib

Azərbaycan Tbilisidə keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb

İntizam Komitəsi “İmişli”nin futbolçusuna 4 oyunluq cəza verib

Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır

“Cadillac” komandasının rəhbəri: Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində Formula 1 təqvimində özünəməxsus yer tutub

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Arpa məbədi

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Ahıl şəxslər üçün “Qala” qoruğuna ekskursiya təşkil olunub

Çin-Avropa ticarətində yeni logistika modelində Azərbaycan sürətli TIR marşrutlarının əsas halqalarından birinə çevrilir

Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək

Səkkiz ayda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat olub

Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

® “Azerbazalt” və “Isometric” Cənubi Qafqazda ERW üzrə ilk beynəlxalq karbon sertifikatlaşdırma layihəsinə başlayıb

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb

Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb