ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB TSZYAN TSZEMİNƏ
Hörmətli cənab Sədr,
Sinszyan-Uyğur muxtar rayonunda baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntı xəbəri məni ürəkdən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 fevral 2003-cü il