Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29 - Müzakirə üçün 5 təklif

COP29 - Müzakirə üçün 5 təklif

Bakı, 1 oktyabr, AZƏRTAC

BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın sədrliyi ilə noyabr ayında Bakıda keçiriləcək.

Bu fakt ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübəsinin qlobal səviyyədə qəbul edilməsinin də göstəricisidir. Planetin gələcəyi üçün əhəmiyyətli qlobal problemlərin müzakirəsi və həlli baxımından COP29-un tarixə düşəcəyinə inanıram.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov məlumat verib.

Rektor qeyd edib ki, ətraf mühitə atılan tullantıların miqdarının son dərəcə çox olması və ətraf mühitə dəyən zərərin təhlükəli həddə çatması, demək olar ki, hamı tərəfindən qəbul edilir: “Amma problemin hamı tərəfindən qəbul edilməsi onun həlli üçün kifayət deyil. Eləcə də hamı tərəfindən qəbul edilir ki, ətraf mühitlə bağlı mövcud problemlərin həlli böyük həcmdə investisiyalar tələb edir. Amma həqiqət həm də odur ki, ətraf mühit problemlərinin yalnız investisiya alətlərilə həlli mümkünsüzdür. Bu baxımdan bir sıra məsələlərə yeni baxış tələb olunur. Bakıda keçiriləcək COP29 ciddi müzakirələrlə zəngin olacaq və inanıram ki, yeni baxışlar ortaya qoyacaq”.

UNEC-in rektoru bildirib ki, hər şeydən əvvəl, ətraf mühit problemlərinin həlli və yaşıl iqtisadiyyata keçid iqtisadiyyatda dövlətin rolunun azaldılmasını deyil, artırılmasını tələb edir: “Başqa sözlə, liberal dəyərlərə əsaslanan mövcud iqtisadi inkişaf modeli əvvəllər müşahidə olunmayan ciddi çağırışlarla üz-üzədir. Doğrudur, liberal iqtisadi inkişaf modelinin öz ömrünü başa vurduğunu da söyləmək hələlik tezdir. Amma alternativ yanaşmalara artıq ciddi zərurət görünür. Alternativ yanaşmada dövlətin rolunun artacağı daha çox gözləniləndir. Ona görə də qlobal iqtisadiyyatda rəqabətə də yeni baxışın formalaşması tələb olunur. Çünki qlobal iqtisadiyyatda rəqabətdə dövlət rolu daha da güclənəcək. Ona görə də qlobal iqtisadiyyatda güclü dövlətlərin daha da güclənməsinə və zəif dövlətlərin daha da zəifləməsinə yol verməmək üçün yeni şəraitdə dövlətlərin yaşıl iqtisadiyyatda və o cümlədən “yaşıl rəqabət”də roluna dair çərçivəni, yeni vahid oyun qaydalarını müəyyən etmək üçün COP29 çərçivəsində Bakı bu müzakirələrə təşəbbüs və ev sahibliyi edə bilər.

İkincisi, yaşıl iqtisadiyyatı stimullaşdırmaq və yeni yaşıl iş yerləri yaratmaq üçün dövlətlər daha çox öz sərhədləri çərçivəsində dəstək verməyə çalışırlar. Problem ondadır ki, bir sıra hallarda beynəlxalq ticarət qaydaları belə milli dəstəyi, yumşaq desək, “alqışlamır”. Həmin beynəlxalq ticarət qaydaları da liberal iqtisadi inkişaf modelinin məhsulu olduğu səbəbindən başqa cür də ola bilməz. Bu fikirləri təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, həm də digər qlobal təşkilatlara (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) şamil etmək olar. Bu gün qlobal təşkilatların yaşıl iqtisadiyyat konsepsiyasının tələblərinə tam cavab vermədiyi görünür və həmin təşkilatların transformasiya edilməsi və yaxud tamamilə yenilərinin yaradılması zəruri görünür. İstər transformasiya, istərsə də tamamilə yeni qlobal təşkilatların yaradılması inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu baxımdan Qoşulmama Hərəkatı ölkələrinin rolu artırıla bilər və COP29 çərçivəsində onların adından təşəbbüslər irəli sürülə bilər.

Üçüncüsü, yaşıl iqtisadiyyata keçid və bununla bağlı təklif edilən ətraf mühit siyasətinin iqtisadi artıma təsiri də müzakirə predmetidir. Ən azından ilkin dövrdə bu təsirin daha çox mənfi olacağını ehtimal etmək olar. Beləliklə, yaşıl iqtisadiyyata keçidin təmin edilməsi və nəticədə azalan iqtisadi artım arasında da çətin seçim edilməsi ciddi müzakirələr tələb edir. İqtisadi artım tempinin azaldılması nəticəsində inkişaf etməkdə olan ölkələrin üzləşdiyi ziyanın inkişaf etmiş ölkələr tərəfindən kompensasiya edilməsi məsələsi də müzakirə oluna bilər.

Dördüncüsü, əsas problemlərdən biri ətraf mühitə atıla bilən tullantıların maksimal həcminin müəyyən edilməməsidir. Başqa sözlə, söhbət planetin gələcəyinə təhlükə yaradan tullantıların maksimal həcmindən gedir. Yəni ətraf mühitə atılan tullantıların hansı həcmindən sonra planetin gələcəyi baxımdan “geriyə saymaq” başlayır. İqtisadiyyatda hər zaman doğru olan yeganə düzgün cavabın olmadığı bəllidir. Amma buna baxmayaraq, ətraf mühitə atılan tullantıların maksimal həcmi nə qədər olmalıdır sualına yeganə düzgün cavabın tapılması vacibdir. Noyabr ayında keçiriləcək COP29-da tullantıların maksimal həcminin müəyyən edilməsi baxımından Bakı həm də qlobal mərkəzə çevrilmək şansına malikdir. Bu məqsədlə COP-29-da Bakıda fəaliyyət göstərəcək və dünyanın tanınmış siyasət adamlarından ibarət Qlobal Komissiyanın və elm adamlarından ibarət Qlobal Ətraf Mühit Tədqiqat Mərkəzinin yaradılması məsələsi COP29-un gündəliyinə daxil edilə bilər.

Beşincisi, COP29 təhsilin yaşıllaşdırılması ilə bağlı qlobal təşəbbüs üçün də əla fürsətdir və bu baxımdan Yaşıl Təhsil Modelinin də müzakirəsi faydalı ola bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür

AzTU-da tələbələrin akademik inkişaf imkanları təhlil edilib

Nazir: Qarşıdakı dövr üçün makroiqtisadi proqnozlar konservativ yanaşma əsasında hazırlanıb

Vüqar Gülməmmədov: 2027-ci ilin dövlət büdcəsi neft asılılığının azaldılmasında dönüş nöqtəsi olacaq

“Oxumaq və unutmaq paradoksu” kitabının təqdimatı olub

® “Birbank” hərbçilər üçün nağd kreditdə 5 faizədək güzəşt təqdim edir

2022-2026-cı illərdə ÜDM-in orta illik artımı 2,7 faiz olacaq

Bellinqem İngiltərə millisinin tarixinə düşüb

Azərbaycanda qeyri-neft-qaz ixracı yeni mərhələyə daxil olub

Bakıda sabah hava əsasən yağmursuz keçəcək, rayonların dağlıq ərazilərində qar yağacaq

Nazir: Yeni artım mənbələrinə keçid qaçılmazdır

İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb

Taleh Kazımov: Dollarlaşma səviyyəsi tarixi minimuma, Mərkəzi Bankın ehtiyatları isə maksimuma çatıb

Londonda təhsil aldı, Qarabağda müəllim kimi fəaliyyətə başladı - MÜSAHİBƏ

® ABB ölkəmizdə insan kapitalını araşdırıb

Gəncənin ənənəvi maddi mədəniyyəti yeni monoqrafiyada

Taleh Kazımov: 2027-ci ilin sonunda ümumi daxili məhsulun artımının 2,3 faiz olacağı gözlənilir

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

"Sabah" - "Barselona" oyununa satılmış biletlərin sayı açıqlanıb

Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru: Qubada CTF yarışı keçiriləcək

Xalq artisti Sabir Məmmədov: “Kamança 20/20” keçmişlə bu gün arasında bədii körpü yaradır

Nazir: Qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı 2 dəfədən çox artıb

Ramazan Erenoğlu: Universitetlər strateji planlarını iş dünyasının tələblərinə uyğun qurmalıdır VİDEO

Ramazan Erenoğlu: Universitetlər strateji planlarını iş dünyasının tələblərinə uyğun qurmalıdır VİDEO

Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücünün narkotik vasitə aludəçisi olduğu aşkarlanıb VİDEO

Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücünün narkotik vasitə aludəçisi olduğu aşkarlanıb VİDEO

Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb

® Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib

“Gənclik 360 Platforması” layihəsi çərçivəsində 200 gənc maarifləndirici görüşlərə cəlb olunub

Azərbaycanda büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu bu sektorun vergiləri hesabına formalaşır

2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artıb

Azərbaycan-Böyük Britaniya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur - ŞƏRH

Ankarada Türk Dövlətləri Mədəniyyətlər Parkındakı “Azərbaycan Evi” böyük maraqla qarşılanıb

Azərbaycan Lissabondakı “Web Summit 2026”da milli pavilyonla təmsil olunub

AzTU Çin universiteti ilə əməkdaşlığı genişləndirir

Neftin qiyməti hələ ki, yüksək səviyyədə qalmaqda davam edir

Numan Kurtulmuş: Heç bir ölkə Paris İqlim Sazişindən irəli gələn öhdəliklərdən yayına bilməz

Səfir: SOCAR Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsilinə dəstək göstərir

Türk filosofdan tələbələrə ustad dərsi: Dezinformasiyanı necə müəyyənləşdirməli?

İqtisadiyyat naziri: Dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilir

Nazir: Növbəti ildə bütün rayonlar öz gəlirləri hesabına xərclərini tam qarşılayacaq

Mikayıl Cabbarov: Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, gəlir bazası şaxələnir

Murat Kurum: Azərbaycan-Türkiyə qardaşlığı və strateji tərəfdaşlığı COP31-də bir daha nümayiş etdirildi -  MÜSAHİBƏ  VİDEO

Murat Kurum: Azərbaycan-Türkiyə qardaşlığı və strateji tərəfdaşlığı COP31-də bir daha nümayiş etdirildi - MÜSAHİBƏ VİDEO

Məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs edilib

Gələn il işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinin maliyyə təminatı tam təmin olunacaq

COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub

“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İordaniyada “Telegram” tətbiqinin fəaliyyəti bloklanıb

Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər

Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

2027-ci il dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payı 60,6 faiz olacaq

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizləri ilə 32 milyon tonadək yük daşınıb

Sahil Babayev: Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdəndir

Bu saata olan əsas xəbərlər

Agentlik sədri: Azərbaycanda ilk dəfə "İstedadlar sərgisi"nin keçirilməsi planlaşdırılır VİDEO

Agentlik sədri: Azərbaycanda ilk dəfə "İstedadlar sərgisi"nin keçirilməsi planlaşdırılır VİDEO

Maliyyə naziri: Dövlət borcunun idarə edilməsi sahəsində müsbət dinamika qorunur

Abbas Əraqçi: İran diplomatiyaya üstünlük verir

Zaqreb Qran-Prisinin qalibi: Finalda alman cüdoçudan komanda yoldaşımın qisasını aldım - MÜSAHİBƏ

Fransada dövlət qulluqçularının həmkarlar ittifaqı noyabrın 17-də tətilə qoşulacaq

Aqrar sektorda süni zəka və yeni texnologiyalar məşğulluğu artıracaq VİDEO

Aqrar sektorda süni zəka və yeni texnologiyalar məşğulluğu artıracaq VİDEO

David Qurgenidze: Gürcüstan və Azərbaycan universitetləri arasında əməkdaşlığın genişləndirilməsi vacibdir

Yarpağı xurma, meyvəsi çiyələk, dadı tut – Lənkəranda qeyri-adi ağac diqqət çəkib

Sahil Babayev: 2027-ci ilin dövlət büdcəsi ölkənin inkişaf prioritetləri nəzərə alınmaqla hazırlanıb

İdris İsayev: Hazırda 1100-dən artıq Gürcüstan vətəndaşı Azərbaycanda ali təhsil alır

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında 1336 dronun məhv edildiyini bildirib

Fransadakı aksiyalarda prezident Makronun istefası tələb olunacaq

“Morgan Stanley” qlobal səhmlər üzrə investisiya mövqeyini artırıb

AzTU-da əcnəbi tələbələrlə görüş olub

Zaur Əliyev: Qabaqcıl texnologiyaların tətbiqi aqrar sektor mütəxəssislərindən fərqli bilik və bacarıqlar tələb edir VİDEO

Zaur Əliyev: Qabaqcıl texnologiyaların tətbiqi aqrar sektor mütəxəssislərindən fərqli bilik və bacarıqlar tələb edir VİDEO

Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür

Yuxusuzluğun aradan qaldırılmasında xalq təbabətində istifadə olunan bitkilər

“Anthropic”in IPO-su süni intellekt sektoru üçün mühüm sınaq olacaq

Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb

İran Hörmüz boğazının açılması üçün möhləti iki günə endirib

Azad edilmiş ərazilərdə daha 1459,5 hektar sahə minalardan təmizlənib

Qızıl yeni həftəyə ucuzlaşma ilə başlayıb

İspaniyanın Kanar adalarına iki gün ərzində 2000-dən çox miqrant gəlib

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Becni qalası

“Sea Breeze”də “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib

Bölgə kitabxanalarının əməkdaşları rəqəmsal yeniliklər və elektron resurslarla tanış edilib

Misir Aralıq dənizindəki yeni qaz yatağında hasilata başlayıb

Parisdə və ətraf ərazilərdə təhsil müəssisələrinin yaxınlığında aksiyalar qadağan edilib

İran neftinin tədarükü dayandıqdan sonra Çin zavodları İraqa üz tutub

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

MDU-da elmi fəaliyyət stimullaşdırılır: 100-ə yaxın əməkdaş mükafatlandırılıb

“Goldman Sachs”: Neft bazarında kifayət qədər böyük təklif artıqlığı yarana bilər

Vətən müharibəsində həkimin yaddaşından silinməyən an: “Mən Daşaltıdan gəlirəm, Şuşaya yaxınlaşmışıq”

Cavid Qurbanov: Müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması prioritetdir VİDEO

Cavid Qurbanov: Müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması prioritetdir VİDEO

Qəbələdə məktəblilərə öz hüquqları barədə ətraflı məlumat verilib

Baş prokuror Kamran Əliyev Argentinanın ədliyyə naziri ilə görüşüb

Antonio Quterreş Rohingya müsəlmanlarının hüquqlarını bərpa etməyə çağırıb

Krım körpüsünün bağlanması qatarların hərəkətində gecikmələrə səbəb olub

Futbolçular niyə meydanda huşunu itirir? – İdman həkimi ilə müsahibə

Deputat: Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır

Nazir müavini: Bu ilin 10 ayında 164 mindən çox şəxs işlə təmin edilib VİDEO

Nazir müavini: Bu ilin 10 ayında 164 mindən çox şəxs işlə təmin edilib VİDEO

İstanbulda Azərbaycanın investisiya imkanlarına dair tədbir olub

Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb

Xaçmazda minik avtomobili aşıb, sürücü ölüb, dörd nəfər xəsarət alıb

Prezident İlham Əliyevin beynəlxalq platformalarda keçirdiyi görüşlər Azərbaycanın artan nüfuzunun göstəricisidir - ŞƏRH