DÜNYA
COVID-19: Fransada son sutkada 305 322 yeni yoluxma qeydə alınıb
Paris, 14 yanvar, AZƏRTAC
Fransada son sutkada COVID-19 infeksiyasına 305 322 yeni yoluxma və 227 ölüm faktı qeydə alınıb. Son 7 gündə gündəlik yoluxma həddi orta hesabla 300 000-ə çatıb.
AZƏRTAC Fransa Səhiyyə İdarəsinin məlumatına istinadla xəbər verir ki, xəstəxanalarda 24 154 koronavirus xəstəsi olduğu bildirilir. Reanimasiya şöbələrində 3 939 ağır xəstə müalicə olunur. Son sutkada xəstəxanalara 2 806, reanimasiya şöbələrinə isə 381 koronavirus xəstəsi daxil olub. Bu günə qədər 478 097 nəfər koronovirusdan sağalaraq xəstəxanaları tərk edib. Fransada 3000 sinif bağlanıb. Təhsil naziri Jan-Mişel Blanke qarşıdan gələn günlərdə bu rəqəmin artacağını bildirib. Vəziyyətin ağır olmasından şikayətlənən ibtidai və orta məktəb müəllimləri tətil edirlər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris