Azərbaycan Dövlət İnformasiya Agentliyi

DAĞISTAN RESPUBLİKASI DÖVLƏT ŞURASININ SƏDRİ CƏNAB MAQOMEDALİ MAQOMEDOVA

Hörmətli Maqomedali Maqomedoviç, 

Mahaçqala şəhərindəki internat məktəbdə baş vermiş yanğın nəticəsində uşaqların həlak olması xəbəri məni ürəkdən kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin