MƏDƏNİYYƏT
“Danışan gəlincik” Milli Dram Teatrının səhnəsində
Bakı, 24 may, AZƏRTAC
Mayın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində uşaqlar üçün Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” adlı tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, birhissəli musiqili nağıl-tamaşa Əməkdar Artist Loğman Kərimovun quruluşunda təqdim olunacaq. Səhnə əsərində rəsmlərin quruluşu İlham Elxanoğluya, musiqi tərtibatı isə Həmid Kazımzadəyə məxsusdur. Əsas rolları aktyorlar İlahə Həsənova, Günel İmanova, Aygün Baxışlı, Xədicə Novruzlu, Elnar Qarayev, Hikmət Rəhimov, Şəlalə Şahvələdqızı və başqaları ifa edəcək.
Tamaşada varlı şah sarayı və kasıb daxması olan iki ailənin həyat tərzi əks olunub.
Qeyd edək ki, səhnə əsərinin premyerası 2012-ci il dekabrın 28-də baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]